"Qarabağ" azarkeşləri üçün məyusedici xəbər

Heyətini yeniləyən və bu mövsüm də çempionluq üçün mübarizə aparan "Qarabağ"ın iki futbolçusu ilə bağlı yeni xəbər var.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferlərindən olan hücumçu Zakaria Savo artıq məşqlərə başlayıb.
Qambiyalı futbolçu iyulun 30-u SSKA-ya (Bolqarıstan) qarşı Sofiyada keçirilən UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında zədə almış, o vaxtdan bəri komandasının vacib oyunlarını buraxmalı olmuşdu.
Təxminən 5 həftəlik fasilədən sonra Savo artıq hazırlıq prosesinə qoşulub. Düzdür, o, hələ tam hazır vəziyyətdə olmadığından dünən "Araz Naxçıvan"a qarşı keçirilmiş Misli Premyer Liqasının 4-cü tur matçında heyətdə yer almayıb. Amma ola bilsin, biz bu həftə Savonun adını "Zirə"yə qarşı 5-ci tur oyununun (13 sentyabr) iştirak ərizəsində görə bilək.
"Qarabağ" azarkeşləri üçün məyusedici xəbər isə Bəhlul Mustafazadə ilə bağlıdır.
Bu ilin fevralında üzləşdiyi zədə səbəbindən 6 ay oynamayan 27 yaşlı mərkəz müdafiəçisi yenə yaşıl meydanlardan kənarda qala bilər.
Məlumata görə, Mustafazadənin ayağının əməliyyat olunan hissəsində problem yaranıb. Mümkündür o, müayinə olunmaq üçün yenidən ölkə xaricinə üz tutsun. Bu halda, Mustafazadə daha bir neçə matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, B.Mustafazadə bu mövsüm cəmi 1 oyunda – "Şamaxı" ilə çempionatın 1-ci tur matçında iştirak edə bilib.

İdman       Tarix: 08 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun xeberler bugun hava haqqinda ən son xəbərlər bugün