"Qarabağ" Azərbaycanın reytinqini artırdı
Ötən gün avrokuboklarda keçirilən oyunlardan sonra UEFA reytinq siyahısını yeniləyib.
KONKRET.az xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına şərait yaradıb.
"Qarabağ" ölkəmizə 0,250 əmsal qazandırıb. Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Norveçdə "Molde" klubu ilə heç-heçə (2:2) etməsi buna şərait yaradıb.
Beləliklə, cari mövsümdəki ümumi qazanc 3,625-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi xalı 17,875-ə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qaldı, 27-28-ci sıradakı Slovakiya ilə Bolqarıstanla aradakı xal fərqi (0,500) də dəyişməz qalıb. "Alt mərtəbədəki qonşu" Moldova isə fərqi bir qədər azaldıb – 13,125.
Ümumiyyətlə, baş tutan qarşılaşmalar yalnız Ukrayna ilə İsrailin yerdəyişməsinə səbəb olub. Ukraynalılar bir addım önə keçərək 17-ci pillədə qərarlaşıb.
UEFA reytinqinə 96,428 xalla İngiltərə başçılıq edir. İspaniya (84,239) ikinci, İtaliya (79.569) isə üçüncü pillədədi.Fanat.Az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi