"Qarabağ" - "Bayer" oyunu harada keçiriləcək? - Açıqlama
Bu ilin iyul ayında da Tofiq Bəhramov adına Respublika Stadionu təmirə bağlanmış, arenanın ot örtüyü dəyişdirilmiş və bu səbəbdən Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.
Bəs, görəsən, Tofiq Bəhramov adına Respublika Stadionu "Qarabağ"ın avrokuboklardakı növbəti ev oyununadək – Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə (Leverkuzen, Almaniya) matça qədər hazır olacaqmı?
KONKRET.azxəbər verir ki, Qol.az saytının müxbiri bununla bağlı "Qarabağ" klubuna müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sözügedən matçadək stadiondakı təmir-bərpa işlərinin yekunlaşacağını qeyd edib:
"Avroliqa oyununa qədər stadion hazır olacaq. Elə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsindəki oyunlarına kimi işlər yekunlaşacaq. Stadionun təmirə bağlanmasının səbəbi də ot örtüyünün yay rejimindən qış rejiminə keçirilməsidir. Buna görədə yeni toxumlar əkilir".
Qeyd edək ki, 4-cü turdakı "Qarabağ" – "Bayer" matçı noyabrın 9-da keçiriləcək və saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bunadək 2-ci turda "Hekken"lə və 3-cü turda "Bayer"lə səfərdə qarşılaşacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi