"Qarabağ" futbol klubu Qədr gecəsi ilə bağlı paylaşım etdi, tənqid olundu - "Şahruddinin əli dəyib..."

Aprelin 17-sindən 18-nə keçən gecəni müsəlman dünyasının böyük bir kəsimi Ramazan ayının 27-ci günü –  Qədr gecəsi kimi qeyd edib. "Qarabağ" Futbol Klubunun rəsmi "Facebook" səhifəsində də Qədr gecəsi ilə bağlı təbrik paylaşılıb. FK-nın bu paylaşımına müsbət şərhlər gəlsə də, bəzi azarkeşləri tərəfindən tənqidlə qarşılanıb.
KONKRET.az xəbər verir ki, azarkeşlər "Qarabağ"ın bu addımını dini ayrıseçkilik kimi dəyərləndiriblər.
Hətta məsələni şiə-sünni mübahisəsinə, molla-fars rejiminə qədər aparanlar da olub.
FK-nın sözügedən paylaşımına yazılan şərhlər də xüsusi diqqət çəkib. "Bir az da dirəşsəniz,  gələcəkdə klubun adını "Qarabağ Sələfi FK" deyə dəyişəcəksiniz", "Səhifəni Qurban müəllim idarə edir", "Şahruddinin əli dəyib", "Siz Azərbaycanı kosmosdan izləyirsiniz? Camaat neçə qədr gecəsi keçirib, harada idiniz? Tərəfinizi bildiyimiz halda sizə hər zaman dəstək olmuşuq, oluruq, amma tərəfinizi bu qədər qabartmağa gərək yoxdur belə mövzularda…", "Məzhəbiniz xeyirli düşərli olsun. Ötən 3 qədr gecəsində harda yatmışdınızsa, yenə gedin orada yatın", "Səhifədən çox şey gözləyirik, yoldaşlar, bizdən çoxdan uzaqlaşıb, hamı gələr-gedər, Qarabağ qalar…", "Sən vahid Azərbaycanın klubusan, sənə azarkeşlik edənlər məzhəblərə ayrılmır, hamı bir yerdə "Qarabağ" deyib, səsini ucaldır, paylaşmı silməyini tələb edirik", "Yaşasın vahid Azərbaycan idmanı, nə dini siyasətə, nə də siyasəti dinə qoşmaq lazım deyil…", "Tutaq ki mən pravoslav xristian olan "Qarabağ" azarkeşiyəm. Dünən Pasxa bayramı idi, niyə pravoslavların  bayramını təbrik etmədiniz?" və sair şərhlərlə Qarabağı linç edənlər az olmayıb.
Lakin "Məhəmməd Peyğəmbər "Qədr gecəsini son 10 günün tək gecələrində axtarın" deyib. Ən çox ehtimal olunan gecə isə 27-ci gecədir. Həm də burada ideologiya ayrıseçkiliyi etmək absurd olar. Qədr gecəsi bir gündür. Kimin nə vaxt qeyd etməyi kriteriya deyil. Klub hər məzhəbə görə ayrı təbrik yazsa, nə oldu?", "Qədr gecəsi bütün müsəlmanlar üçün dəyərlidir, önəmlidir. Ha indi paylaşıldı, ha bundan 10 gün öncə…", "Sünni məzhəbli qardaşlarımız əsasən bu gecəni ehtimal edir. Allah qəbul eləsin", "Əziz müxalif rəy yazan qardaşlar, heçmi Şəki, Balakən, Zaqatala kimi bölgələrdən olan əhli- sünnə dostunuz, qardaşınız yoxdur? Müharibədə yanaşı döyüşdüyünüz, parta arxasında yanaşı oturduğunuz? Onların əqidələrinə zərrə qədər hörmət etmirsiniz? Mübarək olsun, Allah olunan duaları edilən ibadətləri qəbul etsin…", "İrandan kam, Qumdan fətva alanlar, sizi başa düşmək olar. Ölkəmiz türk və digər müsəlman ölkələrlə birlik nümayiş etdirir…" deyərək FK-nı dəstəkləyən azakeşlər də olub…
"Qarabağ" yazılan şərhlərə heç bir reaksiya verməyib, paylaşımı olduğu kimi səhifəsində saxlayıb.

İdman       Tarix: 19 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri cəbhədən son xəbərlər sonxeber.az en son xeberler bu gun