"Qarabağ" – "Marsel" oyunu üçün ən ucuz bilet 5 manata olacaq
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" və Fransa "Marsel"i arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də satışa çıxarılacaq.
KONKRET.az-ın məlumatına görə, saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5 manat, 15 manat, 40 manat, 75 manat və 100 manat təşkil edir.
Biletləri Respublika stadionun kassalarından saat 11:00-dan 21:00-dək, "Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.
Eyni zamanda Iticket.az-ın satış məntəqələrində və iticket.az-da onlayn satış təşkil olunacaq.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu