"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, günün ikinci oyununda "Qarabağ" "Kəpəz"i qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin qollarını 16-cı dəqiqədə penaltidən Ramil Şeydayev, 76-cı dəqiqədə Musa Qurbanlı, 79-cu dəqiqədə Kvabena Ovusu vurub. Gəncə klubunun heyətində 75-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. 88-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib.
Bu nəticədən sonra xallarının sayını 36-a çatdıran "Qarabağ" liderliyini qorulub. "Kəpəz" 8 xalla 8-ci sırada qalıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Səbail"i iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" – "Neftçi" matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı