Qarabağ qəhrəmanları Paşinyanın qarşısında – Ermənilər qəzəbləndi, əmri kim verib?
9 May – Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Moskvada Qırmızı meydanda keçirilən hərbi paradda müxtəlif ölkələrin ordu nümayəndələrinin keçidi maraqla qarşılanıb.
Kremlin tribunasından paradı izləyənlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan və İkinci Dünya müharibəsində iştirak etmiş erməni veteranların da olmasına baxmayaraq, bu ölkədən tədbirə hərbi kontingentin göndərilməməsi diqqət çəkib.
Ermənistan KİV yazır ki, tədbirdə Azərbaycan hərbçilərinin iştirak etməsi, lakin ermənilərin olmaması ölkə ictimaiyyətində qəzəb və məyusluğa səbəb olub.
İrəvanın hərbçilərlə bağlı bu qərarı nədən qaynaqlanır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov 9 May Qələbə Gününün tarixi əhəmiyyətini vurğulayıb:
"İlk növbədə, bu gün münasibəti ilə xalqımızı təbrik edirəm. Azərbaycanda elə bir ailə yoxdur ki, onun bir fərdi İkinci Dünya müharibəsinə qatılmasın. O dövrdə əhali sayımız 3 milyondan bir qədər çox idi və hər 5 nəfərdən biri bu müharibədə iştirak edib.
Bu gün Moskvada Qırmızı Meydanda qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan hərbçiləri də iştirak edir. Həmin hərbi tağımın önündə qardaşımın övladı – kapitan Əmirbəy Elman oğlu Ramaldanov da yer alıb. O, 44 günlük müharibədəki xidmətlərinə görə "Azərbaycan Bayrağı" Ordeni və beş medalla təltif olunub.
Azərbaycan tağımına baxarkən üzlərindəki qüruru və qalib əda hiss olunur. Bizim hərbiçilər bu paradda, sözün əsl mənasında qələbə qazanmış ordu kimi keçir. Necə ki, onların babaları İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazandılar, onlar da 44 günlük Qarabağ müharibəsində erməni faşizmi üzərində zəfər əldə etdilər. Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşısından qalib bir ölkənin hərbçiləri kimi keçdilər. Bu, çox mühüm məqamdır.
O ki qaldı Ermənistan hərbçilərinin paradda iştirak etməməsinə, mən bunu əvvəldən bilirdim. Qardaşım oğlu bu barədə mənə demişdi. Böyük ehtimal, Ermənistanın qərbli havadarları buna icazə verməyib. Xüsusilə, İrəvanın "böyük bacısı" Fransa və onun prezidenti Emmanuel Makron qadağan edib. Lakin buna baxmayaraq, Paşinyan parada qatılıb. Guya bu şəkildə bir balans qurmaq istəyirlər".

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu