"Qarabağ" "Turan Tovuz"a uduzdu
"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con "köhlən atlar"ı məyus edib.
Bu nəticədən sonra "Qarabağ" 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"a uduzub – 1:2. Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" – "Sumqayıt" matçında hesab açılmayıb.
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Dani Bolt "Qarabağ"dan getdi
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatdı
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Nofəl İbrahimov vəfat etdi
AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
İlham Əliyev Lukaşenko ilə söhbət etdi