Qarabağ Universitetinə fakültə dekanları seçilib - SİYAHI

Qarabağ Universitetinə fakültə dekanları seçilib - SİYAHIXankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib.
Bu barədə azxeber.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, universitetin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub.
Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavr və magistr təhsili alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb.
Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Elmar Mustafayev İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu "Jean Monnet" layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür.
İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə "Cadenza" orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.

Sosial       Tarix: 29 may 2024
f Paylaş

Oxşar xəbərlər

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Bank əməkdaşı futbol oynayarkən qəfil öldü

Şuşa şəhərindən məcburi köçkün olan və Bakı şəhərində müvəqqəti məskunlaşan "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Yasən Tərxan oğlu Məmmədov vəfat edib. Yasən Məmmədov futbol oynayarkən ürə

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri dunya xeberleri xeberler az son xeberler 2026