"Qarabağ"dan 3 rekord
"Qarabağ" Misli Premyer Liqasının startında ardıcıl 12-ci qələbəsini qazanıb.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi 13-cü turda "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. Bir matçı təxirə salınan Qurban Qurbanovun komandası xal itirmədən irəliləyir.
Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. "Qarabağ" "Neftçi"nin 30 il əvvəl imza atdığı rekordu təkrarlayıb. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü matçında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün "Qarabağ" təxirə salınan görüşdə "Turan Tovuz"a qalib gəlməlidir.
Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan Qurbanovun komandasının ardıcıl 15-ci qalibiyyəti olub. Ağdamlılar sonuncu dəfə ötən mövsümün 25-ci turunda xal itirib. Bu il mayın 5-də "Zirə" ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.
"Qarabağ" bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə "Səbail"ə 1:3 hesabı ilə uduzan Qurbanovun komandası ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan "Qarabağ" üçün "Kəpəz"lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər