"Qarabağ"dan Lunyov qalmaqalı ilə bağlı AÇIQLAMA: "Bizdə maaş problemi yoxdur"
"Qarabağ"ın direktoru Emrah Çelikel açıqlama verib.
Klub rəsmisi komandanın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnovun "RB Sport"a verdiyi qalmaqallı müsahibəsinə aydınlıq gətirib.
"İlk öncə onu deyim ki, bu günə qədər "Qarabağ"ın hansısa futbolçu ilə maaş problemi olmayıb. Bunu futbolçular da, agentlər də təsdiqləyə bilərlər. Lunyovla bağlı isə ilk olaraq onu deyim ki, futbolçunun gələn yaya kimi "Qarabağ"la müqaviləsi var. Onunla anlaşma 1+1 şərti ilə imzalanıb. Müqaviləyə hansısa dəyişikliyin edilib-edilməməsi də klubun səlahiyyətində olan məsələdir.
Menecerin müsahibəsində klubdan şikayətlənməsinə gəlincə, biz onunla danışdıq. Bildirdi ki, ortada anlaşılmazlıq olub. Çünki "Qarabağ"ın Lunyovla hər hansı danışığı olmayıb. Ola bilər ki, futbolçunun "Qarabağ"a keçidində vasitəçi olanlarla onun meneceri arasında hər hansı narahatlıqlar olsun. Biz bunda tərəf deyilik. Hazırda qapıçı ilə müqaviləmiz var. Hər hansı rəsmi danışığımız da olmayıb" (sportinfo.az). / konkret.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək