"Qarabağ"dan qələbəyə bərabər heç-heçə - YENİLƏNİB
"Qarabağ" Avropa Liqasının 5-ci turu çərçivəsində "Molde"nin qonağı olacaq.
KONKRET.az xəbər verir ki, Norveçdə keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu qarşılaşma Azərbaycan klubu üçün həlledici ola bilər. Qurban Qurbanovun komandası qrupda "Molde" ilə eyni xala malikdir. Qrup lideri "Bayer"in növbəti mərhələyə adlamasından sonra ikincilik uğrunda bu iki komanda arasında mübarizə gedir.
Azərbaycan təmsilçisi üçün səfərdən heç-heçə ilə dönmək də uğurlu nəticə sayıla bilər. Çünki "Qarabağ" son turda evdə qrupun autsayderi "Hekken"i qəbul edəcək.
30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
00:00. "Molde" (Norveç) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
***
Komandaların start heyətləri açıqlanıb:
"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. Maqnus Volf Eykrem (k), 9. Volon Berişa
Baş məşqçi: Erlinq Moe
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
***
Matç başladı.
***
"Qarabağ" hesabı açdı, Olaviyo Juninyo fərqləndi.
***
Eriksen 82-ci dəqiqədə "Molde"nin bərabərlik qoluna imza atı: 1-1.
***
Eriksen özünün və komandasının 88-ci dəqiqədə ikinci qolunu vurdu: 2-1.
***
Matçın 95-ci dəqiqəsində Bəhlul Mustafazadə "Qarabağ"ın bərabərlik topuna imza atdı: 2-2.
***
Matç başa çatdı. "Qarabağ" Norveç səfərindən sərfəli heç-heçə ilə qayıdır – 2:2. Hazırda hər iki komandanın aktivində 7 xal var. Ağdamlılar şəxsi oyunlarda üstünlüyə görə Norveç təmsilçisini qabaqlayır. Qurban Qurbanovun komandası sonuncu turda "Hekken"i qəbul edəcək, "Molde" isə Leverkuzen "Bayer"i ilə üz-üzə gələcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi