"Qarabağ"ın güclü olduğunu bilirik" - "Bayer"in futbolçusu
xəbər verir ki, bu sözləri "Bayer"in futbolçusu Yosip Stanişiç Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Almaniyalı müdafiəçi "Qarabağ"ın güclü rəqib olduğunu bildirib: "Biz rəqiblərimizin zəif olduğunu heç vaxt düşünməmişik. Bilirik ki, "Qarabağ" güclüdür. Bizi asan oyun gözləmir. Sabah əlimizdən gələni edəcəyik. İlk matç bizim üçün çox çətin keçdi. Onlar xüsusilə ilk hissədə güclü idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik".
Stanişiç oyuna çox yaxşı hazırlaşdıqlarını da vurğulayıb: "Düzdür, əvvəlki matçlarda o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır. Bu, hər bir futbolçuda baş verir. Mənim üçün hər bir yarış önəmlidir. Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq. Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik".
Xatırladaq ki, martın 14-də keçiriləcək "Bayer" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. / konkret.az

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto