Qardaşı da yol qəzasının qurbanı olub -  TƏFƏRRÜATLAR

Qardaşı da yol qəzasının qurbanı olub -  TƏFƏRRÜATLARGöyçay rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində vəfat edən 1970-ci il təvəllüdllü Salahov Hüseyn Müzəffər oğlu, xəsarət alanlar – 1968-ci ildə anadan olmuş Əmrahov İmran Bəhlul oğlu və 1964-cü təvəllüdlü Əmrahova Mehriban Şirəstan qızı Laçın rayonunun Oğuldərə kənd sakinləridir.
Onların hər üçü qohumudur. İmran Əmrahov və Mehriban Əmrahova ər-arvaddır. Hüseyn Salahov isə onların dayısı oğludur.
Mərhum H.Salahov müəllimdir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirib. Uzun illərdir Bakının Binə qəsəbəsində yerləşən şəhid Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbdə çalışırdı.
H.Salahovun qardaşı Həsən Salahov da 2013-cü ildə yol qəzasında vəfat edib. Onu Bakının Yasamal rayonunun Alatava ərazisində yolu keçən zaman avtomobil vuraraq öldürüb.

Onların digər qardaşı Şaiq Salahovun da taleyi faciəvi olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan Şaiq 1979-cu ildə itkin düşüb. Onun meyiti 6 ay sonra tapılıb. Tələbə Şaiqin qətlə yetirildiyi, meyitinin indiki Xəzər rayonu ərazisində neft kəmərlərinin arasında gizlədildiyi məlum olub. Lakin cinayətin üstü açılmayıb.
Qəza zamanı "Chevrolet"in sükanı arxasında olan İmran Əmrahov da müəllimdir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur və Laçın rayon Binə ümumi orta məktəbində çalışır.
Məcburi köçkün kimi Xəzər rayonunun Binə və Qala qəsəbəsində məskunlaşan qohumlar Oğuldərəyə doğmalarının məzarını ziyarət etməyə gedirmişlər.
Xəsarət alan İ.Əmrahov və həyat yoldaşının ayaq və çiyin sümüyü sınıb. Onların müalicəsi Göyçay Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağırdır.
Qəzanın səbəbinə gəlincə, ilkin ehtimala görə, "Opel" markalı avtomobil Bakı-Şamaxı-Yevlax magistralının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanıbmış. Bu zaman Arzu Feyzullayevanın idarə etdiyi "KİA" markalı nəqliyyat vasitəsi ona çırpılıb, yolun əks istiqamətinə düşüb və İmran Əmrahovun sükanı arxasında olduğu "Chevrolet"lə toqquşub.
Qeyd edək ki, qəza mayın 27-də baş verib. Nəticədə Hüseyn Salahovla yanaşı 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə       Tarix: 28 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar