Qazaxıstan neft brendinin adı dəyişdirildi - Rus nefti ilə QARIŞIQ DÜŞMƏMƏSİ ÜÇÜN

Qazaxıstan neft brendinin adı dəyişdirildi - Rus nefti ilə QARIŞIQ DÜŞMƏMƏSİ ÜÇÜNQazaxıstan hökuməti Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ziyan çəkməmək üçün maraqlı addım atıb.
KONKRET.az xəbər verir ki, qazax hökuməti Rusiya limanları vasitəsilə ixrac etdiyi neftin adını rus neftindən ayırmaq üçün "Qazaxıstan İxrac Qarışığı Xam Nefti"nə (KEBCO) dəyişdirib. Bu barədə "Reuters" agentliyi Qazaxıstan neft hasilatçısı "SNPS-Aktobemunaigaz" şirkətinə istinadən yazır.
Beləliklə, istehsalçı sanksiyalar risklərindən və maliyyələşdirmə ilə bağlı problemlərdən qaçmaq istəyir: "Son mühüm geosiyasi dəyişikliklərlə əlaqədar olaraq və dəyişikliklərin Rusiya limanları vasitəsilə ixracına mənfi təsir göstərməməsi üçün 2022-ci ilin iyun ayından etibarən qiymət üçün aşağıdakı ad istifadə olunur: KEBCO (Kazakhstan Export Blend)", – istehsalçı qeyd edib.
Agentlik bildirib ki, yeni qərar Rusiyanın dəniz limanlarından tranzit kimi yararlanan Qazaxıstan neft şirkətlərindəki dörd mənbənin hamısı öz məhsullarının adının dəyişdirilməsini bütün rəsmi sənədlərdə təsdiqləyib və əlavə edilib ki, yeni adl bağlı qərar gələn həftənin bazar ertəsi – iyunun 6-dan qüvvəyə minəcək.
Qeyd edək ki, Qazaxıstan neft ixracının 20 faizi və ya 2021-ci ildə təxminən 13,3 milyon tonu tranzit olaraq məhz Rusiya dəniz limanlarından istifadə edir. Treyderlərin fikrincə, Qazaxıstan nefti dəfələrlə Rusiya nefti ilə bilmədən və ya bilərəkdən səhv salınıb. Neftçilər ümid edirlər ki, əgər sənədlərdə neftin Rusiyadan gəlmədiyi aydın olarsa, daha yaxşı qiymətə və eləcə də asanlıqla satmaq mümkün olacaq.
Xatırladaq ki, martın sonundan etibarən Rusiya nefti ucuzlaşaraq bir bareli 30 dollara enib./Hafta.az

Sosial       Tarix: 04 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər xeberler az cəbhədən son xəbərlər 2026