Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair mühüm qərar: Gələn aydan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı QHT rəhbərləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri ilə görüş olub.
azxeber.com xəbər verir ki, görüş Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işlərin ictimai müzakirəsinə həsr olunub.
Müzakirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "Qarabağ qaziləri" İB-nin sədri Asəf Əliyev, həmin İB-nin üzvü Rey Kərimoğlu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, "Zəfər" Şəhid Ailələrinə Yardım İB-nin sədri Sevinc Orucova, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-nin sədri Mirhəsən Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli iştirak ediblər.
Agentliyin sədri Anar Bayramov 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursunu bitirmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri barədə məlumat verib.
Aidiyyəti qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri görülməklə, yekun olaraq Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirmənin aparıldığı qeyd olunub. Ötən dövrdə həmin hərbçilərdən 3 minədək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və sosial ödənişlər təyin edildiyi bildirilib.
Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir qaziyə müvafiq əlillik dərəcəsi təyin olunduğu vurğulanıb.
Görüşdə qazilərin əlilliyinin qiymətləndirilməsi prosesində vətəndaş məmnunluğunun daha da yüksəldilməsi üçün təkliflər irəli sürülüb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək