"Qəbələ" bu futbolçularla müqaviləni uzatdı
Yeni mövsümə hazırlaşan "Qəbələ" daha iki futbolçusu ilə müqavilə müddətini yeniləyib.
KONKRET.az klubun saytına istinadən xəbər verir ki, Rafael Utziq və Omar Hani ilə anlaşmalar uzadılıb. Legionerlərlə imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan oyunçular 2022-2023-cü illər mövsümündə də "qırmızı-qaralar"ın formasını geyinəcək.
2020-ci ilin yayından "Qəbələ"də çıxış edən Rafael 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu 11 qola imza atıb.
Omar isə ötən ilin yayından komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.
Xatırladaq ki, "Qəbələ" daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla ilə anlaşmanı bir il müddətinə uzadıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu