Qənirə Paşayevadan parlamentin buraxılacağı xəbərlərinə reaksiya

Qənirə Paşayevadan parlamentin buraxılacağı xəbərlərinə reaksiyaSon günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Konstitusiyasına yaxın vaxtlarda dəyişiklik edilməsi məqsədi ilə referendium keçiriləcəyi, habelə Milli Məclisin təkrarən buraxılacağı barədə "məlumat"lar yayılmaqdadır. – Bəzi sözləri dırnaq içində yazmağa məcburam, çünki o iddialar əsassızdır, həqiqətə uyğun deyil. Açıq desək, bu "məlumat"lar, gözləntilər nə dövlətin, nə cəmiyyətin, nə də dövlətçiliyin dəyərini yüksək tutan vətəndaşın maraqlarına cavab vermir və biləvasitə bəlli radikal siyasi dairələrin maraqlarına xidmət edir. Belə olan halda – bir dar siyasi çevrənin, radikalların maraqlarını cəmiyyət, dövlət maraqları səviyyəsinə qaldırmaq olarmı? – Bu, ritorik sualdır, əlbəttə və cavabı "Əlbəttə, olmaz"dır!
Diqqət edin: Referendum yaxın keçmişdə olub, cəmiyyətin müzakirələri, xalqın səsi nəticəsində 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik edilib.
Yəni "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendumun üzərindən heç 5 il keçməmiş növbəti bir referendium barədə müzakirələr köklü səbəblərə əsaslanmır. Ölkədə hakimiyyət bölgüsü məlumdur, qurum və quruluşların işi günün tələbləri səbiyyəsində qurulub; gərəkən islahatlar dövlət başçısının kamil rəhbərliyi ilə həyata keçirilir və xalqın rəğbəti ilə qarşılanır. Yalnız Vətən Müharibəsini, müharibədəki tarixi zəfərimizi vurğulamaqla dövlətimizin, dövlət orqanlarımızın Prezidentin rəhbərliyi ilə necə çalışdığını bütün dünyanın gördüyünü ifadə edə bilərik. Görünür, dünyanın gördüyünü bizim bəzi radikal çevrələr görə, idrak edə bilmir. Bir sözlə, respublikamızda təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və konkret hakimiyyət bölgüsü vardır; müxtəlif dövlət orqanları, qurum və quruuluşlar bir-birinin fəaliyyətini tamamlayır. 28 sentyabr 2016-cı ildəki referendiumdan, 11 aprel 2018-ci ildəki Prezident və 09 fevral 2020-ci ildəki parlament seçkisindən sonrakı şəkillənmə və yeniliklərlə dövlət orqanlarının fəaliyyətinin, koordinasiyasının effektivliyi daha da artıb.
Milli Məclisin necə çalışması barədə danışmaqsa mənimçün daha rahatdır. Çünki özüm də Milli Məclisin üzvüyəm, Məclisin işinə yaxından bələdəm. Məclisin istər say tərkibi, istərsə də tərkibin formalaşdırılması üçün tətbiq olunan mövcud seçki sistemi illər ərzində sınaqdan uğurla çıxıb və günün tələblərinə uyğundur.
Nələri xüsusi fərqləndirə bilərik?
- VI çağırış Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici
siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılıb, uğurlar əldə edilib;
-Milli Məclisdə islahatlarla yanaşı Məclis özü islahatlara töhfə verən bir mühüm hakimiyyət qolu kimi özünü doğruldub;
- 2020-ci ilin fevralındakı seçkilərdən sonra formalaşmış heyət, ötən müddət içində qanunvericilik fəaliyyətində yaddaqalan bir dönəm keçirib. Özəlliklə Şuşa şəhərinin Mədəniyyət Paytatxı statusu ilə bağlı cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə göndərdiyi Qanun layihəsinin Komitələrdə və plenar iclaslarda müzakirələri, səsvermənin keçirilməsi hər birimizin deputatlıq fəaliyyətimizdə xüsusi hadisə olub;
-Beynəlxalq əlaqələr daha da intensivləşib. O cümlədən Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası (üçtərəfli) əməkdaşlıq formatının rəsmiləşdirilməsi ən yeni dövr tariximizin önəmli hadisəsidir;
-Vətəndaşlarla iş intensiv xarakter alıb, minlərlə vətəndaşın müxtəlif səpgili müraciətləri cavablandırılıb, istər məktubla bildirilmiş, istərsə biləvasitə görüşlərdə qaldırılmış problemlər öyrənilmiş, müvafiq qaydada həll olunmuşdur. Bu mənada, Məclis üzvlərinin fəallığının artırılması xüsusi qeyd olunmalıdır;
-Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələr daha da sıxlaşmışdır. Özəlliklə şəhid ailələri, yaralı qazilərlə bağlı, sosial müdafiəyə ehtiyacı olan seçicilərlə bağlı məsələlər Məclisin, Məclis üzvlərinin diqqətindən əskik olmamışdır;
-Bəllidir ki, ötən ilin martından qlobal pandemiya ilə mübarizə içindəyik. Bu mübarizədə ölkəmiz cənab Prezidentin mükəmməl rəhbərliyi ilə ümumdünya miqyasında yadda qalan addımlar atmış, beynəlxalq humanitar təşəbbüslərlə seçilmişdir. Ölkə daxilində də mühüm addımlar atılmışdır ki, Milli Məclis istər qanunlara müvafiq əlavə və düzəlişlərin qəbulunda, istərsə, vətəndaşlarla iş sahəsində yaddaqalan işlər görmüşdür.
Hər bir Məclis üzvü, ali dövlət rəhbərliyinin fəaliyyətini bundan sonra da özü üçün örnək hesab etməkdə haqlıdır.
44 günlük Vətən Müharibəsi ilə əlaqədar görülən işlər – müharibə dövründə və müharibədən sonra, ikitərəfli, çoxtərəfli parla⁶mentlərarası əlaqələr, qəbul edilən müxtəlif müraciətlər, bəyanatlar, qətnamələr Məclisin məsuliyyətli fəaliyyətinə sübutdur. Həmkarlarımın KİV-lərdə çoxsaylı məqalələri, müsahibələri, sosial mediadakı fəallıqları da bu yerdə minnətdarlıqla qeyd olunmalıdır.  Bura, ötən ilin iyulunda Tovuzda, dövlət sərhəddində baş vermiş döyüşlər vaxtı və döyüşlərsonrası görülən işləri də şamil edirəm.
Qalib ölkənin Milli Məclis üzvü olmaq nə qədər şərəflidirsə, bir o qədər məsuliyyətlidir. Çox şadam ki, tam əksər həmkarlarımız məhz bu şərəf və məsuliyyətin dərin fərqindədir.
DÖVLƏTİMİZ VAR OLSUN!
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Siyasi       Tarix: 03 avqust 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe sonxabar az kriminal xeber son xeber az