QƏRARGAH: Ramiz Mehdiyev-Əli Həsənov şər yuvasını bərpa edən məmur kimdir?

QƏRARGAH: Ramiz Mehdiyev-Əli Həsənov şər yuvasını bərpa edən məmur kimdir?</p> 
 <p>Xaricdəki söyüş müxalifətinin əsas simalarından olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasında sərt ittihamlarla müşahidə edilən qarşıdurma diqqət çəkən məqamlar üzə çıxarıb. 
Bir-birlərini satqınlıqda, hakimiyyətə işləməkdə ittiham edən bu iki şəxs bilərəkdən və ya bilməyərəkdən şübhəli iz buraxıblar.
Belə məlum olur ki, hakimiyyət daxilində yenidən hansısa qrup peyda olub və bu qrup vaxtilə Ramiz Mehdiyev-Eldar Mahmudov çəkişməsinə bənzər bir şəkildə mübarizəyə başlayıblar.
Yəni, media müstəvisində öz haqq-hesablarını çürütməyə girişiblər. Sirr deyil ki, vaxtilə adıçəkilən bu konfliktli tərəflər ölkə daxilində medianın bir hissəsini məhz öz çirkin oyunlarına alət etmişdilər. İndi isə vəziyyət dəyişib.
Etiraf etmək lazımdır ki, ölkədəki media əvvəlki media deyil, kimlərinsə daxildəki mətbuatdan illər öncəki kimi öz iyrənc məqsədləri üçün yararlanmaq imkanları xeyli dərəcədə məhdudlaşıb.
Hakimiyyət daxilində  ixtilafa başlayan qrup bəlkə də bu səbəbdən xaricdəki söyüş müxalifətinə üz tutmaq yolunu seçib.  Hər halda Tural Sadıqlı və Əfqan Muxtarlı arasındakı dartışmanın üzə çıxardığı reallıq belə deməyə əsas verir.
Məlum olur ki, hakimiyyətin ən yüksək eşalonlarında təmsil olunan əksər məmurlar haqqında söyüş müxalifətinə və onun ən mənfur nümayəndələrindən biri olan Tural Sadıqlıya şər-böhtan xarakterli məlumatlar ötürən elə hakimiyyətin daxilindəki şəxs və ya şəxslərdir.
Xaricdəki blogeri, söyüş müxalifətini maliyyələşdirməyə qədər alçalanlar heç də məhdud imkanlara malik zəif məmurlar deyillər. Şübhə yoxdur ki, bu şəxslər hakimiyyətin üst səviyyələrində təmsil olunur və tutduqları mövqe, sahib olduqları var-dövlət onların bundan əvvəl baş verənlərdən dərs almamağa qədər gözlərini kor edib, başqa sözlə, azğınlaşdırıb.
Hakimiyyətdən dolanıb, onun imkanlarından bəhrələnib, yüksək kürsüdə əyləşib  milyonlar qazanan məmur-oliqarx hakimiyyət komandasının ən nüfuzlu simalarını hədəfə gətirirsə, oturduğu budağı kəsmək üçün eyni komandada təmsil olunduğu məmurları gözdən salmağa belə girişirsə, bunun adı ən yaxşı halda nankorluq, ən pis halda xəyanətdir.
Hakimiyyət komandasında yüksək mövqe tutub xaricdəki söyüş müxalifəti ilə işləyən məmur və ya qrup hər kimdirsə, ən çirkin siyasi oyunlara qoşulub. Bu şəxslər xaricdəki söyüş müxalifətini maliyyələşdirməklə təkcə onun yaşamasına vəsilə olmur, həm də öz niyyətlərini addım-addım gerçəkləşdirmək istəyirlər.
Qısası, məmurlar haqqında sifarişli materialllar verməklə hakimiyyətin əsaslarını laxlatmağa cəhd edirlər.
İqtidar daxilində cücərən, xaricdəki söyüş müxalifətinə maliyyə ayıranlar kimlərdir? Ehtimal etmək olar ki, bu gün Əfqan Muxtarlı Sadıqlıdan "Tural, Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətçi, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?" -sualını ünvanlamağa başlayıbsa, tezliklə həmin məmurun adını da açıqlaya bilər.
Amma heç kəs düşünməsin ki, bu baş verənlərə hakimiyyət laqeyd qalacaq.
Həmin şəxslərin ifşa olunacağı gün uzaq deyil. Onsuz da nə vaxtdır cəmiyyətdə xaricdəki dəstənin hakimiyyət daxilindən maliyyələşməsi barədə fikirlər dolaşır. Bu gün həmin fikirlərin bihudə olmadığını görməkdəyik.
Söyüş müxalifəti açıq şəkildə bir-birini hakimiyyətlə iş birliyində olmaqda ittiham edir və bu ittihamın tonu ciddi əsaslar, şübhələr yaradır. Belə olan halda oturub hakimiyyətdəki hansısa azğınlaşmış məmurun daha da irəli getməsini, harınlıqdan siyasi oyunlara yuvarlanmasını sadəcə sezmək qəbuledilməzdir.  Bu yaranı ya müalicə etməlisən, ya da kəsib biryolluq atmalısan ki, ağırlaşıb fəsad törətməsin!
qafqazinfo / konkret.az

Siyasi       Tarix: 29 may 2024
f Paylaş

Oxşar xəbərlər

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər az metbuat son xeber 2026 xeber