Qərb Orbana niyə "hücum" edir? - Macarıstana qarşı "Sui-qəsd"in İLGİNC DETALLARI
Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının rəhbərinin onu istefaya məcbur etmək istədiyini bildirib. Bu açıqlama geniş müzakirələrə səbəb olub. Belə ki, Avropa dövləti olan Macarıstanın və onun lideri Viktor Orbanın niyə hədəfə alındığı maraq doğurub və müəyyən suallar yaradıb. Orban hətta Avropa Komissiyasının Macarıstana qarşı açıq sui-qəsdə cəhd göstərdiyini də vurğulayıb. Maraqlıdır görəsən, Avropa komissiyası Viktor Orbanı niyə istefaya məcbur edir? Ümumiyyətlə, Qərb Orbanı niyə özü üçün təhlükə sayır?
Mövzunu "KONKRET.az"a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, Viktor Orban Macarıstanda hakimiyyətə gələndən Avropa İttifaqının məcburi siyasətinə qarşı çıxıb və öz dövlətinin mənafeyini qoruyaraq İttifaqın istəklərinə qurban verməyib:
"Daha çox Macarıstan hökumətinin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqeyə görə Orbanı tənqid edirlər. Orban Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsinə qarşı çıxır. Ukraynaya yardımların azaldılmasının tərəfdarıdır. Hətta Orban Ukraynaya silah embarqosunun qoyulmasını da istəyir. Bu isə Avropa ittifaqının siyasətinə ziddir. Hazırda Macarıstan Avropa komissiyasına sədrlik edir. Ona görə də, ittifaq dövlətləri bu qurumdan Orbanın istefasını tələb edirlər. Bu, həm də Qərb blokunda Rusiya-Ukrayna müharibəsinə yanaşmanın birmənalı olmadığını göstərir. Viktor Orban Rusiya ilə yaxınlaşmağa və münasibətləri yaxşılaşdırmağa, bir sözlə, Avropa İttifaqı ilə Rusiya arasında əlaqələrin bərpasına tərəfdardır. Orbanın bu davranışını Avropa Komissiyası ittifaqın maraqlarına zidd sayır".
Politoloqun sözlərinə görə, Qərb çalışır ki, Avropa İttifaqında daha çox ələbaxan və söz dinləyən hökumətlər formalaşdırsın:
"Avropa İttifaqının əsas dpvlətləri Fransa və Almaniyadır. Bu məsələdə Fransa daha çox hücum etməyə çalışır. Orban isə ümumilikdə ittifaqın üzvüdür. Qurumdakı hansısa ölkənin hegemonluğunu qəbul etməyi məqbul saymır. Bu da komissiyanın, bir çox hallarda isə Avropa Parlamentinin kəskin tənqidinə və etirazlarına səbəb olur".
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu