Qərbdən atılan xəyanət gülləsi: Revanşistlər xaricdən maliyyələşdirilirlər - TƏHLİL + FOTO

Qərbdən atılan xəyanət gülləsi: Revanşistlər xaricdən maliyyələşdirilirlər - TƏHLİL + FOTOErmənistanla şərti sərhədin Zəngilan istiqamətində erməni hərbi birləşmələri tərəfindən atəşkəsin pozulması və sərhədçimizin yaralanması sıradan təxribat deyil. Bu hadisə bir daha göstərdi ki, iki ölkə arasında möhkəm sülhü və bunun təminatçısı olacaq yekun sülh müqaviləsini əngəlləmək istəyən qüvvələr var. Son üç ilin gedişatı bu qüvvələrin hansı mərkəzlərdən idarə edildiyinin sirr olmadığını göstərir. Sülhün hansı dövlətlərin və beynəlxalq təşkilatların planlarını pozduğunu həm biz bilirik, həm ermənilər. Zəngəzur dəhlizinin açılması önündə yaradılmış maneələr, "mülki monitorinq" adı altında həyata keçirilən və "binokl diplomatiyası" adını almış casusluq missiyası, ən sonda isə sərhədçimizə açılmış bu xain atəş bir zəncirin sıx əlaqəli bəndləridir.
KONKRET.az-ın məlumatına görə, Kaspi qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Təxribata qocalar gedir
Atəşkəsin pozulmasından dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında özünü baş vermiş hadisədən faktiki olaraq kənarda tutması qənaətimizi təsdiqləyən çoxsaylı amillərdən biridir. Azərbaycanın həyata keçirdiyi "Qisas əməliyyatı" ilə atəş açılmış postun məhv edilməsi bu ehtimalı sübut etdi: ölən erməni hərbçilərinin hamısı hərbi çağırış yaşından, belə demək mümkündürsə, xeyli qocadırlar. Onlardan biri hətta 1957-ci il təvəllüdlüdür. Bu fakt ilk olaraq erməni mediası tərəfindən işıqlandırıldı. Güman ki, elə rəsmi İrəvanın təşəbbüsü ilə. İctimailəşən məlumata görə, məhv edilən quldurlar Ermənistanda fəaliyyət göstərən "Yerkrapa" veteranlar birliyinin üzvləri olublar. Bu könüllülər ittifaqında I Qarabağ müharibəsinin iştirakçıları toplaşıb və onların revanş ideyasının daşıyıcısı olduqları sirr deyil.
Ermənistan hakimiyyətinin dərhal atəşkəsi pozanlardan xəbəri olmadığı görüntüsünü yaratmaq istəyi bir sığorta cəhdi olsa da, rəsmi İrəvanı məsuliyyətdən qurtara bilməz. Birincisi, mediada və kütləvi aksiyalarda revanş çıxışları edən keçmiş döyüşçülərə hansı əsasla hərbi postlar həvalə edilir? Əgər edilirsə, bunun məsuliyyətini niyə hakimiyyət daşımamalıdır? İkincisi, bu təxribat avropalı "binokl-diplomatlar"ın məsul olduqları ərazidə baş verib. "Müşahidə missiyası"nı ölkəyə dəvət edən Paşinyan hakimiyyətidirsə, deməli, orada hökm sürən özbaşınalığa cavabdeh də onun özüdür. Üçüncüsü, Fransa və Hindistandan alınan silahlar, Qərb mətbuatına Paşinyanın verdiyi müsahibələrdə sülh prosesinə qarşı yönəlmiş pozucu və ziddiyyətli fikriləri elə həmin revanşistləri hərbçimizə atəş açmağa həvəsləndirən dövlət səviyyəli təxribatdır. Odur ki, Ermənistan Müdafiə Nazirliyinin yaxasını kənara çəkmək cəhdi bizdə maksimum sarkastik gülüşə səbəb ola bilər.
Qərbdən atılan xəyanət gülləsi: Revanşistlər xaricdən maliyyələşdirilirlər - TƏHLİL + FOTORevanşistlər əsasən xaricdən maliyyələşdirilirlər
Ermənistanda fəaliyyət göstərən hərbi-siyasi təmayüllü birliklər, revanşist ideologiyanın daşıyıcısı olan qurumlar əsas etibarilə xaricdən maliyyələşdirilir. Məsələn, "Voma". Onun lideri, keçmiş döyüşçü Vova Vartanov açıq və maneəsiz şəkildə müharibəyə hazırlıq təlimləri təşkil edir. Maliyyə mənbəyi qismində əsas etibarilə erməni diaspor təşkilatları çıxış edirlər. Onların fəaliyyət göstərdikləri ölkələrdə dövlət orqanları ilə sıx işbirliyində olmadıqlarına yalnız sadəlövhlər inana bilər. Məsələn, Fransada erməni diasporu az qala hökumət ortağı, Makron hakimiyyəti ilə bir koalisiyanın üzvləridirlər. Əlbəttə, söhbət tək Fransadan getmir, bu qənaəti bir çox Avropa və Qərb dövlətlərinə münasibətdə də söyləyə bilərik. Xüsusilə Avropadakı strukturlar, qitədaxili parlamentar qurumlarda Azərbaycana qarşı atılan çamurlar, ayrı-ayrı ölkələri təmsil edən parlamentarilərin bizə münasibətdə qərəzli yanaşmaları da bu qəbildən olan təzahürlərdir. Hədəf sülhə yol açacaq istənilən başlanğıcı bloka salmaq, iki dövlət arasında sülhün imzalanmasına əngəllər yaratmaq, Ermənistanın daxilindəki revanşist qüvvələri yemləməklə cəmiyyəti daimi təlaşda saxlamaq və bu yolla da regional prosesləri idarə etməkdir. Son 3 ildə bu istiqamətdə kimlər dəridən-qabıqdan çıxır, məlumdur. Atəşkəsin məhz Zəngəzur dəhlizi ərazisində baş verməsi "burada sülh olmayacaq" məzmunlu mesajdır, sülh prosesinə təhdiddir.
Ukrayna, Yaxın Şərq, Cənubi Qafqaz
Azərbaycan Prezidenti İlham Əliyevin son 4-5 ay ərzində sərhəddə sakitliyin hökm sürməsini deməsindən dərhal sonra atəşkəsin pozulması bu təxribatın arxasında duranların başlıca hədəfinin sülhə maneə yaratmaq olduğunu sübut edir. Gündə Qərbin bir hərbi məmurunun, yaxud dövlət rəsmisinin gəlib sərhəddə durub binoklla Azərbaycan ərazisini müşahidə etməsi, Çexiya vətəndaşı olan diversantın sərhədçilərimiz tərəfindən saxlanılması, Ermənistan rəsmiləri tərəfindən sülh məqsədi güdməyən bəyanatların səsləndirilməsi bəzi dairələrin Ukrayna və Yaxın Şərqdəki kimi bizim bölgəmizdə də sabitliyi pozmaq niyyətlərindən xəbər verir. Regionda həyata keçirilən iri iqtisadi və logistik layihələrin kimlərə sərf etmədiyi, kimlərin kənarda qalması bu niyyətlərin haradan qaynaqlandığına bir ipucudur. Regional vasitə Ermənistandır, onun daxilindəki alətlər isə guya hakimiyyətə tabe olmayan, ona müxalif qüvvələri.
Aydın şəkildə görünür ki, Qərb və ona inanmış, yaxud bəlkə də tabe olub çıxılmaz vəziyyətdə qalmış Ermənistan bu kimi təxribatlarla vaxt uzadıb yekun sülhdən yayınmaq niyyəti güdürlər. Məqsəd zamanla silahlanmaq, revanşist qüvvələrin öncüllüyü ilə cəmiyyəti yenidən Azərbaycana qarşı konsolidasiya edib ərazi iddialarını davam etdirməkdir. Erməni cəmiyyəti tarixi fiaskolarından nəticə çıxarmaq istəmir. Bilmir deyil, istəmir. İstəsə, çıxara bilər. Bu, erməni xalqının karmasıdır. Tarix göstərir ki, bu xalqı öz bəlasından, bədxassəli şişindən xilas etmək üçün ciddi "cərrahi əməliyyat"sız ötüşmək mümkün deyil. Sərhəddəki erməni hərbi postunun dərhal məhv edilməsi bu əməliyyatın hər an baş verə biləcəyinə işarədir.

Siyasi       Tarix: 18 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler son xəbərlər azərbaycanda xəbər.az en son xeberleri