Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər" adlı konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlərBSU-da "Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər" mövzusunda elmi konfrans və Qərbi Azərbaycan  Elmi Tədqiqat Mərkəzinin rəsmi açılışı baş tutub 
azxeber.com xəbər verir ki, fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər" mövzusunda elmi konfrans və Qərbi Azərbaycan  Elmi Tədqiqat Mərkəzinin rəsmi açılışı baş tutub. Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvləri, tanınmış alimlər və  tədqiqatçılar iştirak edib.  
İştirakçılar öncə BSU-nun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi ilə tanış olublar. Açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev mərkəzin 2024-cü ildə təsis edildiyini qeyd edərək, tədbirdə iştirak edən qonaqlara rəsmi aşılışda iştiraklarına görə təşəkkürünü bildirib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və  Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev universitetin elmi-tədqiqat fəaliyyətində Qərbi Azərbaycan məsələsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarına istinad edərək, A.Nağıyev bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaqda ali təhsil müəssisələrinin rolunun əhəmiyyətini qeyd edib. Rektor BSU-da Qərbi Azərbaycanın milli-mədəni irsinin  tədqiqi sahəsində görülmüş işlər barədə xüsusi önəm verildiyini bildirərək, son illərdə bu sahədə həyata keçirilən təşəbbüslər, aparılan tədqiqatlar və əməkdaşlıqlar barədə ətraflı məlumat verib. A. Nağıyev universitetdə Qərbi Azərbaycan irsinin  təbliği məqsədilə stimullaşdırıcı mexanizmlərin mövcudluğunu, müxtəlif elmi tədbirlərin təşkil edildiyini, müvafiq seçmə fənlərin tədris proqramlarına daxil edildiyini, elmi nəşrlərin hazırlandığını və tədqiqat istiqamətlərinin genişləndirildiyini diqqətə çatdırıb.  BSU-nun elmi-tədqiqat strategiyasına toxunan rektor, Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin təsis edilməsini mühüm hadisə olduğunu bildirib. 
Çıxışı zamanı rektor A. Nağıyev Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mərkəzin təqdim etdiyi davamlı metodoloji dəstəyi yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Naxçıvan Dövlət Universiteti ilə bu istiqamətdə həyata keçirilən birgə tədbirlərin və tədqiqatların vacibliyini vurğulayan rektor, bu kontekstə  adıçəkilən universitetlə əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib. Rektor A.Nağıyev bildirdi ki, Qərbi Azərbaycan tədqiqatları üzrə müxtəlif dillərə tərcümə eləcə də beynəlxalq tədbirlərdə təqdim olunması xarici tərəfdaş Universitetlər ilə birgə tədbirlərin keçirilməsi Universitetin gələcək planları arasındadır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Elm və Təhsil Nazirliyi tərəfindən Qərbi Azərbaycana həsr olunmuş tədbirlərin geniş miqyasını və əhəmiyyətini vurğulayıb. Firudin Qurbanov təhsilin bütün pillə və səviyyələri üzrə Nazirliyin fəaliyyətini diqqətə çatdıraraq, bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə əməkdaşlığın yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.  F.Qurbanov əvvəlki dövrlərdə müvafiq tədqiqatların yetərli səviyyədə aparılmadığını bildirərək, bu xüsusda ali təhsil müəssisələrinin, tədqiqatçıların və alimlərin bu sahədə oynadığı mühüm rolu xüsusi qeyd edib.  Həmçinin Nazir müavini BSU-nun Qərbi Azərbaycana dair tədqiqatların müxtəlif dillərdə toplanması, universitet kitabxanasının zənginləşdirilməsini, yerli müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcüməsi və geniş ictimaiyyətə çatdırılması, eləcə də xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində konfransların, simpoziumların və digər elmi tədbirlərin keçirilməsini qeyd edib.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və icma tərəfindən bu sahədə zəruri materialların mərkəzə təqdim ediləcəyini bildirib. Ə.Ələkbərli həmçinin Elm və Təhsil Nazirliyi ilə sistemli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, maarifləndirici tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib və əsas məqsədlərdən birinin tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması olduğunu bildirib.  
Konfransda çıxış edən digər natiqlər Qərbi Azərbaycan həqiqətlərinin müxtəlif dillərə tərcümə olunması və bu mövzuda məlumat bazalarının yaradılmasının vacibliyini qeyd ediblər. Onlar belə tədbirlərin təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətini vurğulayaraq, mədəni irsin qorunması istiqamətində gənclərlə aparılan işlərin zəruriliyini diqqətə çatdırıblar. Həmçinin natiqlər çıxışları zamanı bu sahədə fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin rolunun əhəmiyyətini qeyd ediblər.
Konfrans çərçivəsində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Könül Həsənova tədqiqatçı Cəlal Allahverdiyev ilə birlikdə ərsəyə gətirdiyi "Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi" kitabı barədə geniş məlumat təqdim edib, kitabın BSU-da ətraflı müzakirəsinin təşkil edilməsi qərara alınıb.
Konfrans elmi diskussiyalar və geniş müzakirələrlə davam edərək, yekunlaşdırılıb.
Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlərQərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlərQərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlərQərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlərQərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər

Sosial       Tarix: 15 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub

Oktyabrın 3-də saat 18:00 radələrində bir qadın və bir kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəli

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarında

ASELSAN' Naxçıvanda zavod yaradacaq

Türkiyənin müdafiə sənayesi şirkəti "ASELSAN" Naxçıvanda zavod yaratmağı planlaşdırır. xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün sosial medi

Rəşad Nəbiyev: 'İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir

Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir. xəbər verir ki, bu barəd

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yen

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür. -un məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayı

Yaş artdıqca evlənmək istəyi niyə azalır?

18–21 yaşlarında bir çox gənc evliliyə daha romantik vəidealist yanaşır. Lakin yaş artdıqca münasibətlərə, ailə həyatına və məsuliyyətlərəbaxış dəyişir. Gənclərin bir qismi əvvəlcə ailə qurmaq istəyində olsa da,sonrakı illərd

Biləsuvarda bıçaqlanan 26 yaşlı kişi ölüb, saxlanılan var - ƏLAVƏ OLUNUB

Biləsuvar rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini 200-ci il təvəllüdlü Milan Soltanlı bıçaqlanıb. Ağır xəsarətlər alan M. Soltanlı hadisə nəticəsind

Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəz


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər bugün son.xeberler cəbhədən görüntülər valyuta mezennesi 2026