Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100

Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100Onun haqqında çoxlu yazılar yazılıb, filimlər çəkilib, televiziya proqramları hazırlanıb. Dünyanın elə bir ölkəsi yoxdur ki, onun qətiyyətindən xəbərdar olmasınlar. Sadəcə son anda verdiyi  qərarla milyonların yaddaşında qalan insanı bu gün hər kəs xatırlayır. Ən yüksək texnologilayaların istifadə edildiyi dövrdə də onun düzgün qərar çıxartdığı sübuta yetirilib. Bəli, söhbət bu gün  100 yaşı tamam olan əfsanəvi Azərbaycan hakimi Tofiq Bəhramovdan gedir.  
Tofiq Bəhramovun şəxsiyyəti barədə çox yazılıb. Onun özünə məxsus keyfiyyətləri, qətiyyəti keçmiş SSRİ-nin Hakimlər Komitəsində hər kəsə bəlli idi. Ona görə də Tofiq müəllim o vaxtkı SSRİ çempionatının ən prinsipal oyunlarına təyinat alırdı. "Spartak"-"Dinamo"(Kiyev), "Dinamo"(Kiyev) – "Dinamo"(Moskva) və digər prinsipal matçlara həmyerilimizin təyinatı, həmin komandalarda da arxayınlıq yaradırdı. Hər kəs bilirdi ki, oyunu idarə edən Bəhramovdursa görüşdə ədalət sona qədər qorunacaq. Həmişə də belə olurdu və Tofiq müəllim əbəs yerə SSRİ-nin ən yaxşı hakimlərindən biri deyildi.  Məhz buna görə də, Tofiq Bəhramov 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə  dünya çempionatına dəvət alan hakimlər sıyahısına daxil edilmişdi. Həmyerlimizin çempionatın final oyununu idarə edən hakimlər sırasında yer alması, ona olan inamın nəticəsi idi. Həlledici matçda İngiltərə millisi Almaniya Federativ Respublikasının futbolçuları ilə qarşılaşırdı. Hər şey də həmin matçda baş verdi və bütün dünya Tofiq Bəhramovdan danışdı. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Tofiq Bəhramov həmin gün dünya futbol tarixinə adını qızıl hərflərlə yazdırdı.
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100Dünya şöhrətli hakimimizin 100 illik yubileyi ilə bağlı  Tofiq Bəhramovun yetirməsi və "Azərbaycan Futbol Hakimləri" İctimai Birliyinin sədri Gülağa Cabarov öz xatirələrini KONKRET.az-a danışıb:
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100"Bütün dünyanın susduğu an  Tofiq müəllimin qətiyyətli qərarı hər şeyi dəyişdi. Bu qərar Azərbaycanı bir anda bütün dünyaya tanıtdı. Əlbəttə, bu tarixi qərar haqqında fikirlər birmənalı ola bilməzdi. Çünki, futbol oyunu dünyanın ən çox sevilən idman növüdür. Hər bir azarkeş subyektiv  fikrə malikdir. Mən sizə bir insanın fikrini çatdırmaq istəyirəm. Bu, həmin çempionatın iştirakçısı, futbol hakimi, almaniyalı Rudolf Kreytleyndir.  Əgər almanlar finala çıxmasaydı, o final matçının baş hakimi olacaqdı. Rudolf Kreytleyn matçın ertəsi  günü Tofiq Bəhramovun qərarını dəstəklədiyini və bu qərara hörmətlə yanaşmağı xahiş etmişdi.
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100Mən bu tarixi oyunu uşaq vaxtı televiyadan  izləmişəm. Sonralar futbolçu fəaliyyətimi bitirib hakimliyə başlayarkən və hər dəfə Tofiq müəllimlə rastlaşıb, onunla söhbətləşəndə unudulmaz, qəribə hisslər keçirirdim. Sonralar onun nə qədər səmimi, sadə, pozitiv  insan olduğunu gördüm. O, hamı üçün beləydi.
Evlərinə tez-tez gedirdim. Onunla dənizkənarı bulvarda gəzib, söhbət edirdik. Yanımızdan ötənlərin böyük əksəriyyəti Tofiq müəllimə salam verib keçərdi. Tofiq müəllim insanlarla münasibətdə həmişə diqqətli idi. Hətta bir dəfə məni özü ilə yaşadığı binanın sakinlərinin ümumi yığıncağına da aparmışdı. İnsanların ona olan baxışları və münasibəti mənə xüsusi zövq verirdi. Mən fəxr edirdim ki, Tofiq müəllimin yanındayam və onun yetirməsiyəm.
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100Daha bir tarixi faktı qeyd edim. Mövsümün əvvəlində Azərbaycan hakimlərinin siyahısı təsdiq olunur və Moskvaya göndərilirdi. Mənim adım siyahının  lap aşağısında  qeyd olunmuşdu. Sonradan Tofiq müəllim öz  imzası ilə mənə şəxsi təqdimat hazırladı və bu sənəd  Moskvaya göndərildi. Azərbaycanda bu təqdimat haqqında heç kimin xəbəri yox idi. Bu xüsusi təqdimat sonralar mənim hakimlik həyatımda böyük rol oynadı. Ümumiyyətlə, mənim hakim kimi formalaşmağımda onun əvəzsiz zəhməti olub".
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100 Tofiq müəllimdən danışan qocaman hakim sanki kövrəlir və öz müəllimi qarşısında imtahana hazırlaşır. Necə də olmasa Gülağa Cabbarovun hakim kimi yetişməsində Bəhramovun əvəzsiz xitməti olub:  "Tofiq müəllim  hakimlik fəaliyyətini bitirdikdən sonra SSRİ hakimlərinin ən yüksək qrupunun təlim-məşq toplantısının rəisi seçilmişdi. Həmin il biz Krasnodarda  təlim-məşq toplantısında iştirak edirdik. Tofiq müəllim isə elit hakimlərlə Soçi şəhərində idi. Bir gün Tofiq müəllim vaxt tapıb bizimlə görüşməyə gəldi. O gələn vaxt bizdə fasilə olduğu üçün bütün iştirakçılar həyətə çıxmışdılar. Azərbaycan hakimləri bir yerə toplaşıb söhbət edirdik. Bu zaman başqa respublikadan olan bir hakim həyəcanla qışqırdı: "Uşaqlar, Bəhramov gəlir". Həmin hakimin həyəcandan səsi titrəyirdi. Elə bil 100 il görmədiyi bir insanı görürdü.  Bu səs bu gün də qulağımdadır. Tofiq Bəhramov yeganə hakim idi ki, ona 51 yaşı tamam olana qədər hakimlik etməyə icazə verilmişdi. Yalnız Tofiq müəllim  SSRİ-ni  iki dəfə dünya çempionatında təmsil etmişdi. Hətta deyilənə görə 1974-cü il Dünya çempionatı Almaniyada yox, başqa ölkədə keçirilsəydi, ölkəni yenidən Tofiq Bəhramov təmsil edəcəkdi. 1970-ci il dünya çempionatının yarım final matçı və 1968-ci il Avropa çempionatının oyunları məhz Tofiq müəllimə həvalə edilmişdi. 1966-cı il Dünya çempionatına qədər yalnız final oyununun baş hakiminə "qızıl fit" mükafatı verilirdi. Həmin ildən sonra bu mükafat hakimlər briqadasının hər bir üzvünə verilməyə başladı.
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100O, ölkə çempionatının həmişə prinsipial oyunlarını idarə edirdi. 1970-ci il SSRİ çempionatının yekununda 2 komanda MOİK və "Dinamo Moskva" komandaları bərabər xal toplamış və qalibi müəyyən etmək üçün əlavə oyuna ehtiyac yaranmışdı. Daşkənd şəhərində keçirilən bu matçı Tofiq Bəhramov  ustalıqla idarə etmişdi. O, 1972-ci ildə UEFA kubokunun final matçı "Vulverhemton" – "Tottenhem", Çempionlar liqasının yarım final matçı "Mançester Yunayted" – "Real Madrid" və Qitələrarası kubokun final matçı "İndependyente" – "Ayaks" oyunlarının baş hakimi olub.

1992-ci ildə AFFA təsis olunduqdan sonra Tofiq müəllim AFFA-nın ilk baş katibi olub. Həmin il Böyük Britaniyanın  Baş naziri Margaret Tetçer Azərbaycanda səfərdə olan zaman  xahiş etmişdi ki, onunla görüşə Tofiq Bəhramov da dəvət olunsun. Dünya şöhrətli qapıçı, "Qızıl top"un  sahibi  Lev Yaşin futbolçu karyerasını bitirən zaman vida matçını Tofiq Bəhramovun idarə etməsini  xahiş etmişdi. Həmin matçda dünya futbolunun ulduzları iştirak edirdilər.
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 10015 il əvvəl- 2010-cu ildə tanınmış ingiltərəli hakimi Qrem Pollun  Tofiq Bəhramovu dünyanın "Ən yaxşı 50 futbol hakimi" siyahısına daxil etməsi həmyerlimizə hörmət və ehtiramdan irəli gəlir".
Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir - Tofiq Bəhramov - 100 Gülağa müəllim, sonda bir daha İngiltərə-Almaniya matçında baş verənlərə qayıdır: "Bu gün müasir texnologiyaların tətbiq edildiyi oyunlarda bəzən səhvlərə yol verilir. Amma 2016-cı ildə "Sky Sports" kanalı müasir video-texnologiyaların köməyindən yararlanaraq Tofiq Bəhramovun düzgün qərar qəbul etdiyini, topun həqiqətən qapı xəttini keçdiyini sübut edib".
Vəli Həsənoğlu,
KONKRET.az

İdman       Tarix: 29 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler qurban bayrami 2026 beynelxalq bank mezenne krminal bu gun