Qırğızıstan Prezidenti Azərbaycan liderinə zəng etdi
Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
azxeber.com xəbər verir ki, Sadır Japarov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı 2022-ci ildə dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, bu il Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin, Azərbaycan Prezidentinin isə Qırğızıstana dövlət səfərinin əlaqələrimizin genişlənməsinə verdiyi töhfə vurğulanıb. Prezident İlham Əliyev dövlət səfəri zamanı nümayiş etdirilən yüksək qonaqpərvərliyə və səmimi dostluq münasibətinə görə Sadır Japarova bir daha minnətdarlığını bildirib.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO