Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələri üçün layihəsi davam edir

Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələri üçün layihəsi davam edirXəbər verdiyimiz kimi, Qırmızı Ürəklər Fondunun "Tarix Yazan Qəhrəmanlarımız" layihəsi çərçivəsində şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi layihəsi həyata keçirilir. Layihənin davamı olaraq ötən gün Zaqatala rayonundan olan qazi ailəsi üçün tikilən fərdi yaşayış evi sahiblərinə təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evində ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 
Evin açarlarının təqdim edilməsi mərasimində Qırmızı Ürəklər Fondunun nümayəndəsi Yusif Poladov da iştirak edib. O, çıxışı zamanı fondun bu istiqamətdə gördüyü işlərdən danışıb. "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıq imkanlarını itirən vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Biz də Qırmızı Ürəklər Fondu olaraq dövlətin sosial sahədə həyata keçirdiyi bu uğurlu siyasətə hər zaman öz resurslarımız çərçivəsində dəstək olmağa çalışırıq. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönəldilir ki, bunlardan biri də məhz şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsidir". 
Qeyd edək ki, "Tarix Yazan Qəhrəmanlarımız" layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2024-cü ildə 4 fərdi yaşayış evi tikilərək şəhid və qazi ailələrinə təhvil verilib. İl sonuna qədər daha 7 evin təhvil verilməsi planlaşdırılır. Xatırladaq ki, 2023-cü il ərzində fond tərəfindən Kürdəmir, Masallı, Qusar, Salyan, Zaqatala rayonundan olan 9 şəhid ailəsi fərdi yaşayış evi ilə təmin edilib.  
Qeyd edək ki, "Red Hearts"- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil olmaq kifayətdir. / azxeber.com

İqtisadiyyat       Tarix: 29 may 2024
f Paylaş

Oxşar xəbərlər

Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi

Qanlı Gölün yeni həyatı: "Kristal" göl ətrafınımüasir istirahət məkanına çevirəcək. Bakının Yasamal rayonunda yerləşən Qanlıgölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasınabaşlanılıb

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka

Bakının mərkəzində mənzil axtaranlar üçün əsasmeyarlar yalnız qiymət və otaq sayı ilə məhdudlaşmır. Əlverişli yerləşmə, genişyaşıllıq sahələri, təmir keyfiyyəti və uyğun ödəniş şərtləri də seçim zamanımühüm rol oynayır. "Kristal"ı

Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb. xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketlər


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler son xəbər hava durumu qurban bayrami 2026