Qışqırdı ki, gəlmə səni də...' - Coratda 3 nəfəri öldürən şəxsin məhkəməsi

Qışqırdı ki, gəlmə səni də...' - Coratda 3 nəfəri öldürən şəxsin məhkəməsiCoratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
azxeber.com APA-ya istinadən bildirir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Zərərçəkmiş Tərlan Fərəcova ifadəsində bildirib ki, Müşfiq Tağıyev tək mühakimə olunmamalıdır: "Bunu killer kimi tutan hardadır? Ona köməklik göstərən dostları var, onları da gətirin...
Hadisə baş verəndə yuxuda olmuşam, ayılıb qışqırdım ki, kombi partlayıb. Yoldaşımı çağırdım, aşağı düşdük, gördüm ki, qızım güllələnib. Ondan sonra əlindəki silahla məni vurdu. Bir də ayıldım ki, qan məni götürüb aparıb. O birilərinin güllələnməsini görməmişəm".
Təqsirləndirilən Müşfiq Tağıyev isə ifadənin yalan olduğunu iddia edib. Bundan sonra, zalda tərəflər arasında mübahisə yaranıb.
Zərərçəkmiş Vüsalə Fərəcova təqsirləndirilən şəxsi tanımadığını deyib: "Səhər yuxudan oyandım, 7-yə işləyirdi. Uşaqlar gəlib qapını döydülər, qan içində idilər. Dedilər ki, anaları və ataları güllələnib".
Zərərçəkmiş Nazim Orucov isə bildirib ki, tək adamın bu cinayəti törədə bilməsinə inanmır: "Bu iş yenidən ibtidai istintaqa qaytarılmalı, ən incə detalına qədər yenidən araşdırılmalıdır".
Hakim isə bildirib ki, ağırlaşdırıcı sübut olarsa, iş yenidən ibtidai istintaqa qaytarıla bilər: "Hər hansı dəqiq əsaslarla vəsatətiniz varsa, müraciət edin, məhkəmədə baxılacaq".
Zərərçəkmiş Mehman Sarıyev isə ifadəsində deyib ki, hadisə onlar üçün gözlənilməz olub:
"Hadisə günü bərk şaqqıltı səsinə ayılıb küçəyə çıxmışam. Oğlum Etibar onların qapısından girən kimi vuruldu. Mənə qışqırdı ki, gəlmə səni də güllələyər. Müşfiq mənim öz uşaqlarım kimi olub. Onun bu hadisəni törədəcəyinə inanmazdım.
Lakin hadisədən 10 gün qabaq evin qarşısında Müşfiqi gördüm, hadisədən sonra analadım ki, həmin evə gedib-gəlməyə bələdçilik edir, yol axtarırmış".
Müşfiq Tağıyev isə onun düz danışdığını deyib: "Mən həmin ərazidə dəfələrlə olmuşam. Hadisəni necə törədəcəyimi planlaşdırmışam".
Hadisə şahidi Yağmur Karakaş ifadəsində deyib ki, yuxudan duranda atası və anasını qan içində görüb.
Zərərçəkmiş Cansu Karakaş isə bildirib ki, güllə səsinə yuxudan ayılıb: "Birinci anam qapıdan çıxdı. Çıxan kimi vuruldu. Dədəm də eynilə qapıdan çıxan kimi vuruldu. Mən içəridəydim, atam dedi çölə çıxmayın. Atam da çölə çıxan kimi vuruldu".
Proses dekabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sosial       Tarix: 31 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 maraqlı xəbərlər cəbhədən xəbər cəbhədən şad xəbər