Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb
Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə başa çatıb.
azxeber.com xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın 1 troy unsiyasının qiyməti 20,60 ABŞ dolları və ya 0,51% artaraq 4 070,80 ABŞ dollarına yüksəlib. Spot qızıl isə 3,31 ABŞ dolları və ya 0,08% bahalaşaraq 4 052,79 ABŞ dolları olub.
Gümüş də bahalaşıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüşün qiyməti 0,85 ABŞ dolları və ya 1,47% artaraq 58,91 ABŞ dollarına çatıb.
Sənaye metalları arasında misin qiyməti 1,40 sent və ya 0,22% yüksələrək 635,75 sent təşkil edib.
Bununla yanaşı, platin ucuzlaşıb. Spot platinin qiyməti 5,20 ABŞ dolları və ya 0,33% azalaraq 1 592 ABŞ dollarına enib.
Analitiklərin fikrincə, qızıl və gümüşün bahalaşmasına investorların geosiyasi risklər fonunda təhlükəsiz aktivlərə marağının artması dəstək verib. ABŞ-İran gərginliyi və qlobal iqtisadi qeyri-müəyyənlik qiymətli metallara tələbi artırarkən, platində isə əvvəlki yüksəlişdən sonra mənfəət realizasiyası qiymətə təzyiq göstərib.
//apa

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti