"Qlobal Pul Həftəsi"ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT
Həyata keçirdiyi layihələr ilə seçilən Bank of Baku gənc nəslin maliyyə dünyasına marağını artırmağı hədəfləyən növbəti təşəbbüsünü reallaşdırıb.
Bank 16-22 mart "Qlobal Pul Həftəsi" (Global Money Week) çərçivəsində əməkdaşlarının övladlarını əhatə edən yaradıcı müsabiqə təşkil edib. 6-15 yaşlı uşaqların iştirak etdiyi "Öz pulunu yarat!" adlı müsabiqəsinin əsas məqsədi pulun sadəcə ödəniş vasitəsi deyil, həm də bir mədəniyyət, tarix və ideoloji rəmz olduğunu göstərmək olub.
Müsabiqə müddətində uşaqlar yerli və beynəlxalq valyutaları araşdıraraq öz xəyal dünyalarına uyğun fərqli əsginas dizaynları hazırlayıblar. Uşaqlar vizual dizaynla yanaşı, istifadə etdikləri hər bir elementin və detalın mənasını da izah edən materiallar təqdim ediblər.
Müsabiqənin sonunda ideyası və bədii yaradıcılığı ilə fərqlənən 6 əl işinin müəllifi qalib olaraq seçilib və "Bank of Baku" tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, bu il "Puldan danışaq!" devizi altında keçirilən "Qlobal Pul Həftəsi" kampaniyası gəncləri əhatə edən maliyyə savadlılığı təşəbbüslərini təşviq edir. Kampaniyanın əsas məqsədi bütün uşaqların və gənclərin yüksək maliyyə biliklərinə, pul məsələləri haqqında məlumatlara sahib olması, ağıllı maliyyə qərarları qəbul etmək bacarığına yiyələnmələridir.
Kampaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən təşkil olunur və Mərkəzi Bank 2025-ci ildən bu təşkilatın tam hüquqlu üzvüdür.
Onu da bildirək ki, Bank of Baku təşkil etdiyi fərqli formatlı layihələri ilə müxtəlif yaş qrupları arasında maliyyə savadlılığının artırılmasına öz töhfəsini verir və bunu gələcək fəaliyyətində də davam etdirməyi hədəfləyir.
Bank of Baku hazırda 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb