Qonşuların zibil atmasına əsəbiləşdi - 18 mərtəbəli binanı yandırdı
Cənubi Koreyada çoxmərtəbəli yaşayış binasında ard-arda bir neçə yanğın törətməkdə şübhəli bilinən qadın polis tərəfindən həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə "The Korea Herald" portalı məlumat yayıb.
Məlumata görə, hadisə mayın 29-da İmsonq rayonunda yerləşən 18 mərtəbəli yaşayış binasında baş verib. Belə ki, şübhəli qadın binanın daxilindəki beş fərqli nöqtədə kağız və karton qutuları yandıraraq qəsdən yanğın törədib. Binanın sakinləri alovu vaxtında fərq edərək öz qüvvələri ilə söndürməyə nail olublar. Hadisə nəticəsində tüstüdən zəhərlənən 3 nəfər dərhal xəstəxanaya yerləşdirilib.
Asayiş keşikçiləri binadakı təhlükəsizlik kameralarının görüntülərini araşdırdıqdan sonra qadını yaxalaya biliblər. Saxlanılan şəxs ilkin dindirmə zamanı günahını danmağa çalışsa da, sonradan qutuları alışqanla yandırdığını etiraf edib. Müstəntiqlərin sözlərinə görə, qadın uzun müddətdir binadakı qonşuların zibilləri ümumi istifadə sahələrinə atmasından narazı olub və həmçinin iş yerində ciddi stress keçirdiyi üçün bu yola əl atıb.
Xatırladaq ki, son günlər Cənubi Koreyada qadınların törətdiyi qeyri-adi cinayət hadisələri medianın diqqətindədir. Bundan əvvəl ölkədə keçmiş sevgilisini gizlicə təqib edən bir qadın məhkəmə tərəfindən 10 milyon von (təxminən 6,6 min dollar) məbləğində cərimə olunmuşdu."Qafqazinfo"

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA