Qorxulu 'Hallouen' obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq

Qorxulu 'Hallouen' obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıqSon illər Azərbaycanda Hallouen bayramının qeyd olunması xüsusilə gənclər, yeniyetmələr və uşaqlar arasında geniş yayılıb. Bayram münasibətilə müxtəlif əyləncələr təşkil olunur, qorxulu kostyumlar geyinilir, dəhşətli qrimlər edilir və bu görüntülər sosial şəbəkələrdə paylaşılır. Lakin bəzən həddindən artıq qorxulu obrazlar və səhnələr uşaqlarda narahatlıq və qorxu yarada bilər.
Bəs Halloween bayramının bu şəkildə qeyd olunması uşaqların psixologiyasına necə təsir göstərir? Qorxulu maskalar və görüntülər azyaşlılarda hansı psixoloji problemlərə səbəb ola bilər?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov azxeber.com-a açıqlamasında bildirib ki, Halloween bayramının uşaqlara təsiri onların yaşından, fərdi həssaslığından və tədbirin təşkil olunma formasından asılıdır:
Qorxulu 'Hallouen' obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq"Eyni obraz bir uşaq üçün əyləncəli, digəri üçün qorxuducu ola bilər. Buna görə bütün uşaqların belə tədbirlərə eyni reaksiya verəcəyini düşünmək düzgün deyil. Xüsusilə məktəbəqədər yaşda uşaqlar gerçəkliklə təxəyyülü ayırmaqda çətinlik çəkə bilirlər. Böyüklərin sadəcə qrim və dekorasiya kimi qəbul etdiyi qanlı üzlər, qorxunc maskalar və qəfil səslər onlarda real təhlükə hissi yarada bilər. Uşağa "bu, sadəcə oyundur" demək həmin qorxunu dərhal aradan qaldırmaya bilər. Onu tədbirə əvvəlcədən hazırlamaq, nələrlə qarşılaşacağını izah etmək və yanında etibar etdiyi böyüyün olmasını təmin etmək əhəmiyyətlidir. Kostyum geyinmək və müxtəlif obrazları canlandırmaq özlüyündə zərərli deyil. Yaşa uyğun və təhlükəsiz təşkil olunan tədbirlər uşaqların yaradıcılığını ifadə etməsinə, dostları ilə ünsiyyət qurmasına şərait yarada bilər. Halloween tədbirlərində nağıl qəhrəmanlarına, yumoristik geyimlərə və yaradıcı oyunlara üstünlük vermək mümkündür".
E.Rüstəmov vurğulayıb ki, valideynlər və müəllimlər ilk növbədə uşaqların emosional vəziyyətini nəzərə almalıdırlar:
"Uşaq ağlayırsa, gizlənirsə, iştirakdan imtina edirsə və ya oradan uzaqlaşmaq istəyirsə, onun hisslərinə hörmətlə yanaşmaq lazımdır. "Qorxaq olma", "bax, başqaları qorxmur" kimi ifadələr işlətmək, uşağı müqayisə etmək və məcburən tədbirdə saxlamaq doğru deyil. Böyüyün sakit münasibəti və uşağa seçim verməsi onun özünü təhlükəsiz hiss etməsinə kömək edir".
Ekspert sosial şəbəkələrdə yayılan qorxulu görüntülərə də diqqət çəkib:
"Sosial şəbəkələrdə qorxulu qrim və videoların paylaşılması da məsuliyyət tələb edir. Uşaqların qarşısına çıxan məzmunun yaşlarına uyğunluğu nəzərə alınmalıdır. Xüsusilə uşağı qəsdən qorxudub reaksiyasını videoya çəkməyi və baxış toplamaq üçün paylaşmağı qəbuledilməz hesab edirəm. Uşağın qorxusu əyləncə materialına çevrilməməlidir".
Psixoloq məsələnin milli-mənəvi dəyərlər baxımından da qiymətləndirilməsinin vacibliyini bildirib:
"Uşaqların müxtəlif xalqların ənənələri ilə tanış olması öz milli-mənəvi dəyərlərimizi öyrətməyimizlə yanaşı getməlidir. Ailələr hansı ənənəni niyə qeyd etdiklərini uşağa anlaşıqlı şəkildə izah edə bilərlər. Məktəb və bağçalarda isə belə tədbirlər valideynlərlə əvvəlcədən razılaşdırılmalı, iştirak könüllü olmalı, qatılmayan uşaqların özlərini kənarda hiss etməsinə yol verilməməlidir. Hər bir uşaq tədbirinin təşkilində emosional təhlükəsizlik əsas meyar olmalıdır. Tədbirin uğuru uşağın oradan xoş təəssüratla, özünü rahat və dəyərli hiss edərək ayrılması ilə ölçülməlidir".
Şahanə Ziyad

Sosial       Tarix: 26 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanl

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc

Cəbrayılda avtomobil aşıb, sürücü ölüb

Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama

Göygöl rayonunda musiqi müəlliminin məktəb daxilində canlı yayım açması və pedaqoji etika normalarına zidd davranışları səbəbindən əmək müqaviləsinə xitam verilməsi təhsil müəssisələrində sosial şəbəkələrdən istifadə məsələsin

Şahdağ və Kəlbəcərə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub

Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"

Son zamanlar bir sıra bankların fəaliyyətində geriləmə müşahidə edilir. Belə ki, mənfəətləri kəskin azalır və ya bağlanma təhlükəsi yaşayırlar. Bəs hazırda hansı bankların bağlanma təhlükəsi mövcuddur?. KONKRET.azxəbər veri

Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 5 aylıq körpə vəfat edib. Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib. Faktla bağl

Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı

8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub. -a istinadən xəbər verir ki, 2028-c

Binəqədidə müşavirə keçirildi - FOTOLAR

22 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni  Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmu


azerbaycan xeberleri yeni xeberler son xeberler sou biznes son xeber şou biznes xəbərləri cəbhədən son görüntülər