Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
23 iyul 2026-cı il tarixində Quba Palace Hotel ərazisində yerləşən Azərbaycan Milli Qolf Klubunda Caspian Junior Cup 2026 keçiriləcək.
azxeber.com xəbər verir ki, bu, Azərbaycanda təşkil olunan ilk beynəlxalq yeniyetmələrarası qolf turniri olacaq, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan gənc idmançıları bir araya gətirəcək.
Caspian Junior Cup yalnız idman yarışı deyil. Layihənin əsas missiyası ölkələr arasında dostluq münasibətlərini möhkəmləndirmək, mədəni dialoqu inkişaf etdirmək və uşaqların idman vasitəsilə ünsiyyəti üçün yeni imkanlar yaratmaqdır.
Turnirdə gənc qolfçular, məşqçilər və fərqli ölkələrdən olan qolf federasiyalarının nümayəndələri iştirak edəcəklər. Bu isə tədbiri uşaq və yeniyetmə idmanının inkişafı, beynəlxalq təcrübə mübadiləsi və region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformaya çevirəcək.
Azərbaycan Milli Qolf Klubu Caspian Junior Cup layihəsinin təşəbbüskarı olaraq beynəlxalq uşaq qolfunun inkişafını dəstəkləməyi və ölkəmizi qolf turizminin yeni mərkəzlərindən biri kimi tanıtmağı qarşısına məqsəd qoyub. Milli Qolf Klub Caspian Junior Cup-ı hər il keçirilən beynəlxalq ənənəyə çevirməyi hədəfləyir. Turnirin gələcək illərdə daha çox ölkəni və gənc idmançını bir araya gətirərək uşaq idmanının inkişafına, beynəlxalq dostluğun möhkəmləndirilməsinə və regionda qolfun populyarlaşmasına töhfə verməsi nəzərdə tutulur.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır