Qurban Qurbanov ayrılıq xəbərini və gedəcəyi ölkəni AÇIQLADI
"Rəhbərlikdən də deyirlər ki, məsələ sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Hər şey tamamlanmağa doğru gedir".
KONKRET.az xəbər verir ki, bu sözləri "Zirə" (4:2) ilə yoxlama görüşündən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu futbolçusu Olavio Juninyonun transfer məsələsindən danışarkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, Juninyonun "Sevilya"ya getməsini istəsə də, futbolçu Braziliya klubunu seçib: "İstəyərdim ki, Juninyo "Sevilya"ya getsin. Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü həm braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir. Rəhbərlik də orada dəyişib. "Flamenqo"nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub.
Birbaşa özü ilə təmasda olublar və ona bəzi fikirləri çatdırıblar. Burada söhbət tam finansdan getmir. Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması "Flamenqo" seçiminə təsir edib"./Sportinfo.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var