Qurban Qurbanov ÇL finalında kimin qalib gəlməsini istəyir? - ÖZÜ AÇIQLADI

Qurban Qurbanov ÇL finalında kimin qalib gəlməsini istəyir? - ÖZÜ AÇIQLADI"Çox istərdim ki,  nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun final görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynayacaqlarını bildirib: "Zirə"yə qarşı oynamaq elə də asan olmayıb. Xüsusən də, son matçlarda. Çox yaxşı formada olan komandaya qarşı oynayacağıq. Rəqibimiz ikinci yeri tutub. Bu, "Zirə" üçün çox yaxşı, böyük nəticədir. Sabah da meydana rahat çıxacaqlar. Dəfələrlə demişəm ki, kubok tam başqa prestijdir. Hər bir futbolçu istəyər ki, kuboku qazansın. Bunun üçün pis hazırlaşmamışıq, vaxtımız oldu. Futbolçularım evə getmək istəyirdilər, amma onları bu oyuna tam hazır etməyə çalışdıq. Ən yaxşısını edib, azarkeşlərimiz üçün baxımlı oyun sərgiləməyə çalışacağıq".
Qurbanov qeyd edib ki, artıq Avroliqaya vəsiqəni təmin etməsi "Zirə" üçün üstünlükdür: "Bir müddət əvvəl də onlarla finalda qarşılaşmışdıq. Penaltilərlə onlara qalib gəlmişdik. Elə o vaxtı da "Zirə"nin qalib gələrək avrokuboklara yollanması vacib idi. 120 dəqiqə oynadıq. Bu da əlavə motivasiyadır ki, belə oyunlarda Rəşad Sadıqov nəticəyə oynamağı bacarır. Rəqibə imkan vermir ki, öz oyun üslubunu meydanda yeritsin. İkinci yeri tutmaları, "Zirə"nin oyuna daha rahat, güvənli çıxmaqlarına kömək olacaq. Əgər komanda avrokuboklara çıxırsa, bu da tituldur. Qarşımızda istəkli, inamlı rəqib olacaq. Keçən dəfəki final, həm də rəqibin ikinci yeri tutması "Zirə"nin üstünlükləridir".
"Qarabağ"ın çalışdırıcısı penaltilərə hazırlaşmadıqlarını söyləyib: "Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm".
"Finalların taleyini nə həll edir?" sualını Qurbanov belə cavablandırıb: "Kubok oyunlarına fərqli yanaşıram. Ən böyük ən gözlənilməz nəticələr elə kubokda olur. İstər ölkə kubokunda, istərsə də, avrokuboklarda belədir. Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük. Almaniyaya baxın, ikinci Bundesliqa klubu finalda oynadı. Az qalmışdı ki, "Bayer"ə qalib gəlsinlər. Belə oyunlarda futbolçularımı psixoloji hazırlaşmağa çalışıram. Çempionatın sonunda onların fiziki formalarını çox tələb etmək düzgün deyil. Çünki onsuz da hazırdırlar. Psixoloji məqama üstünlük verirəm. Sərbəst və soyuqqanlı şəkildə bu oyunları düzgün oynamaqlarına üstünlük verirəm. Rəqibi də nəzərə almalıyıq. Daha istəkli, kubok üçün alışıb-yanan rəqib olacaq".
Qurban Qurbanov qeyd edib ki, Çempionlar Liqasına birinci deyil, ikinci təsnifat mərhələsindən başlamaq üçün bu axşam "Real"a azarkeşlik etməyəcək: "Qarabağ"a azarkeşlik edəcəyəm. Qoy birinci mərhələdən başlasın (gülür). Layiqli olan qalib gəlsin. Hər zaman çalışmışıq ki, öz reytinqimizlə irəliləyək. Əgər bizim üçün xeyirlidirsə, üstünlüyü varsa, istərdik ki, "Real" qalib gəlsin. Bu halda proqramımızda dəyişiklik edəcəyik. İstəyirik ki, futbolçular üçün istirahət müddəti çox olsun. Oyunçularım bu mövsüm çox güc sərf etdilər. Oturub gözləyəcəyik".
O, qapı xəttində rotasiya etmək barədə düşünmədiyini söyləyib: "Oyundan qabaq heç vaxt qapıda kimin dayanacağını deməmişəm. Amma üstünlük Andrey Lunyovdadır".//Qol.az

İdman       Tarix: 01 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

"Fənərbağça" 18 il sonra ÇL-nın əsas mərhələsində

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib. xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu səfərdə Fransanın "Lion" komandası ilə üz-üzə gəlib. İstanbul təmsilçisi matçda

"Sabah" futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib - FOTO

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib. xəbər verir ki, bu barədə ölkə çempionu rəsmi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımd

Avropa Liqasında püşk atıldı - (Foto)

Bu gün UEFA Avropa Liqasının 2026/27-ci illər mövsümünün liqa mərhələsinin püşkatma mərasimi keçirilib. qafqazinfo-ya istinadən xəbər verir ki, dörd səbətdə yer alan 36 klubun əsas mərhələdəki rəqibləri bəlli olub. Yeni format

"Sabah"ın rəqibləri bilindi: üç dünya nəhəngi – CANLI

"Sabah" klubunun əsas rəqibləri bəlli olub. xəbər verir ki, komandamız Bakıda "Barselona" klubu ilə üz-üzə gələcək. Təmsilçimiz həmçinin "Arsenal" və "Mançester Yunayted"lə səfərd

"Qarabağ" Rosaya görə nə qədər pul ödəyəcək?

"Qarabağ" Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb. -a istinadla xəbər verir ki, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib. Klublar arasında razılığa əsasən, "Qarabağ"

"Qızıl top"un sahibi bu tarixdə bəlli olacaq

Futbol dünyasının ən prestijli fərdi mükafatlarından biri hesab olunan "Qızıl top"la bağlı builki mərasimin detalları açıqlanıb. xəbər verir ki, "France Football"un məlumatına görə, 2025/26 mövsümünü

Elvin Cəfərquliyev 3 ay futbol oynaya bilməyəcək

"Qarabağ" zədəli futbolçularla bağlı son vəziyyəti açıqlayıb. xəbər verir ki, klubdan verilən məlumata görə, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə qoşulub. Renaldo Sefasın müalicəs

"Turan Tovuz" "Kəpəz"ə, "Zirə" "Neftçi"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunları keçiriləcək. xəbər verir ki, daha 2 qarşılaşma baş tutacaq. Günün ilk matçında "Kəpəz" Gəncədə "Turan Tovuz"u qəbul edəcək. Gəncə şəhər stadionund

Emiliano Martines "Çelsi"də

Argentina millisinin qapıçısı Emiliano Martines "Çelsi"yə transfer olunub. -a istinadən xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qapıçı ilə müqavilə 2028-ci ilə qədər nəzərd


son xeberler azerbaycan xeberleri yeni xeberler butun xeberler gunun xeberleri son xeberler bu gun azerbaycanda son xeberler