Qurban Qurbanov əsəbiləşməsindən danışdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun ilk oyunu çərçivəsində "Araz-Naxçıvan"la keçirilən oyunda penalti epizodunda əsəbiləşərək planşeti sındırmasından danışıb.
KONKRET.azxəbər verir ki, o, jurnalistin "Avrokubok oyunlarında "Qarabağ"a qarşı yanlış qərarlar verilib. Amma heç vaxt bu qədər aqressiv olmamısınız. Belə fikir yaranır ki, Qurban Qurbanov sanki yerli komandalara məğlub olmağı bacarmır…" sualına belə reaksiya verib:
"Yox, niyə ki? Dəfələrlə məğlub olmuşam və özümü normal aparmışam. İnsanıq da, aqressiya olur. Ola bilər ki, epizod penalti idi. Deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən də istəyirəm ki, oyun daha sürətli, dinamik getsin. Oyunda pauza həddindən çox oldu. Hakim də öz ritmini itirir. Yerli komandalara məğlubiyyəti qəbul etməməyimlə bağlı fikri qəbul etmirəm. Əksinə, çox istəyərəm ki, hər komanda "Qarabağ"a qalib gəlsin və o klubun rəhbərliyində futbola sevgi daha da çox olsun, maraq böyüsün. Biz də insanıq, ömür boyu sakit ola bilmərik. Planşetə penalti epizoduna görə vurdum. Onu da gördüz, gözdən qaçırmadız".
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyun Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.//Qafqazinfo

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?