Qurban Qurbanov: "Futbolçularıma iradım yoxdur"
"Samir Abasovu qələbə münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram. Məğlub olmaq istəməzdik".
KONKRET.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXXV turunun "Sumqayıt"la ev oyunundan sonra mətbuat konfransında görüş haqda fikirlərini bildirib:
"Amma futbolda belə hallar, nəticələr olur. Baxımlı oyun olduğunu da, deməzdim. Hava isti idi, motivasiya da tam çatmırdı. Hər bir halda, futbolçular çox əziyyət çəkdilər. Məğlub olanda, oyun da tam alınmayanda, meydanda və oyundan sonra da əziyyət çəkirlər. Mövsümün sonuna yaxınlaşırıq. Futbolçularıma bildirəcək iradım yoxdur. Qarşıdakı oyuna hazırlaşacağıq".
– Futbolçuları bağışlamaq olar?
– Nə ediblər ki? Futbolçularımızı çox istəyirik. Onlar bu günə qədər hamının sevgisini qazanıblar, hamının üzünü ağ ediblər, hamımız onlara güvənirik və təşəkkür edirik. Məğlubiyyətsiz idman növü və məğlubiyyətsiz çempionat yoxdur. Uduzmuşuq. Amma maksimum istəyimizə çatmışıq. Futbolçuları daha da yaxşı səviyyəyə qaldırmaq istəyirik.
– Çempionlar Liqasının hazırlıq planı hazırdır?
– Tam yox. Ümumən bəllidir. Ola bilər ki, 1-2 xırda detalda dəyişiklik olsun. Demək olar ki, hazırlıq planı hazırdır.
– Mətbuatda xəbərlər yayılıb ki, dəyəri 5 milyon avro olan futbolçularla maraqlanırsınız…
– Mən bu cür xəbər oxumamışam. Qarşıma çıxmayıb. Beş milyona futbolçu almaq o demək deyil ki, problemimiz həll olundu və o demək deyil ki, həmin oyunçu gəlib biz istəyəni verəcək. Transferlə bağlı işlər davam edir. Böyük məbləğə olan futbolçuların axtarışı yoxdur.
Qeyd edək ki, "Qarabağ" öz meydanında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub. Apasport.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi