Qurban Qurbanov "Molde" ilə oyundan danışdı
"Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır".
KONKRET.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının 5-ci turunda səfərdə Norveçin "Molde" klubuna qarşı keçirəcəkləri matçdan əvvəlki durumdan danışıb: "Dünən son məşqimizi etdik, bir də oyun günü məşq edəcəyik. Həmin gün də hazırlığımızı tam bitirəcəyik. Gözləntimiz yaxşı oyun və yaxşı nəticədir. Ümid edirəm ki, alınar. Rəqib də yəqin ki, eyni fikirdədir, onların da şansı var".
"İlk oyundakı çıxışı bu dəfə də "Molde" ilə matçda təkrarlaya biləcəksiniz" sualına isə Qurbanov belə cavab verib: "Çox istəyərdik ki, elə olsun. Lakin rəqibin evdə oynamağını nəzərə almaq lazımdır. Üstəlik, meydança sünidir, azarkeşləri qarşısında çıxış edəcəklər. Bunları norveçlilər üçün müəyyən üstünlük saymaq olar. Yenə də maksimum öz oyunumuzu göstərməyə çalışacağıq. Nə qədər alınacaq, onu sabah görəcəyik".

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi