Qurban Qurbanov: "Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan"

Qurban Qurbanov: "Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan".
KONKRET.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"i 3:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis dinamik komandaya qarşı çıxış etdiklərini bildirib: "Gərgin oyun alındı, futbolçularda bəlkə stress də var idi. Qalibiyyət üçün çox əziyyət çəkdilər. Bu gün dinamik komandaya qarşı çıxış edirdik. "Kəpəz" son vaxtlar həm baxımlı, həm də fərqli oyun göstərir. Çox sürətli oyunçuları var. Bir neçə səhvdən başqa rəqibin hücumlarının qarşısını ala bildik. Vacib 3 xal qazandıq".
Baş məşqçi mövsümü məğlubiyyətsiz başa vurmaq arzusunda olduqlarını gizlətməyib: "Dünya futbolunda belə hallar olur. Çempionat hələ bitməyib. Ötən il bir məğlubiyyətimiz olmuşdu. O vaxt da həmin görüşdə uduzmasaydıq, eyni ssenari olacaqdı. Məğlubiyyətsiz çempion olmaq istərdim. Amma məqsədə hələ çatmamışıq, qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik fikri ilə işimizi davam etdirsək, səhv edərik. Hər matçda komandanı uduzmamaq istəyi ilə çıxarmağa çalışıram. Futbolda düşünmədiyin anlarda məğlubiyyət olub".
Qurbanov mövsüm sona yaxınlaşdıqca futbolçularda həm psixoloji, həm də fiziki gərginliyin artdığını vurğulayıb: "Bəzən çətin olur. Komandaya yeni futbolçular gələndə tam adaptasiyaya vaxt lazım olur. Bura kimi futbola fərqli yanaşa bilərlər. Amma bizdə tam fərqlidir. İstərdim ki, sona kimi daha istəkli, daha yaxşı formada olsunlar. Ancaq istənilən halda təsiri olacaq. Çünki yorulan futbolçular var. Onların da əksəriyyəti millidə çıxış edənlərdir. Çünki daha çox oyun keçirirlər. Özüm də bu yolu keçmişəm. Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan. Sona kimi işimizdə ciddi olmalıyıq, bunu futbolçulara da çatdırmağa çalışırıq".
Toral Bayramovun adının "Qalatasaray" (Türkiyə), Abdullah Zubirin "Alanyaspor" (Türkiyə), Elvin Cəfərquliyevin isə "Anderlext"lə (Belçika) birgə hallanmasına da münasibət bildirən Qurban Qurbanov rəsmi təklif almadıqlarını deyib: "Ola bilsin ki, sadəcə məlumatlar yayılıb. Bizə heç bir rəsmi təklif yoxdur. Varsa da, normal haldır. İlboyu gedən prosesdir, hər hansı təkliflər olacaq. Bəzən hansısa futbolçunu əldə etmək üçün menecerlər kluba yox, futbolçunun özünə çıxırlar. Futbolçunun fikirlərini yayındırmağa başlayırlar".
Mütəxəssis uğur qazandıqca problemlərin artmasını normal qarşılayır: "Təəssüf ki, bunlar qaçılmazdır və işimizə çox mane olur. 3-5 illik komanda formalaşdırırıq, öz oyunumuzu tam istədiyimiz səviyyəyə qaldırmaq istəyirik. Gözləmədiyin vaxtda hansısa təklif olur. Futbolçu gedəndə bir problem olur, getməyəndə başqa. Getdiyi zaman onun səviyyəsində birini tapmağa çalışırsan. Getməyəndə də futbolçu düşünür ki, orada oynamağa layiq idi, onu buraxmadılar. Onu ələ almaq üçün 2-3 ay vaxt lazım olur. Bəlkə sürətdə, gücdə bir az uduzmuşuq. Amma ümumi oyun modelini qoruyub saxlamışıq. Problemsiz işləmək daha asan olardı. Amma problemin içində insan böyüyür. Bunun ziyanı da, faydası da var. Biz öz yerimizi qorumağa çalışırıq".//Report

İdman       Tarix: 10 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


son xeberler yeni xeberler azerbaycan xeberleri zelzele hava son.xeberler cəbhədən son xeber