Qurban Qurbanov "Qarabağ"dan AYRILIR? - Rəsmən AÇIQLANDI
" class="imgbcode" />Ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-də "Latsio" klubunun Qarabağın hazırki baş məşqçisi Qurban Qurbanovla maraqlandığı barədə məlumatlar yayılıb. Məlumata görə, İtalyalılar üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.
Belə ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər. "Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir.
Bəs bu məlumat həqiqəti əks etdirirmi?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Referans.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:
"Xeyr, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məsələni biz özümüz də internetdən və sosial şəbəkələrdən oxumuşuq. Hazırda hər hansısa bir ciddi və əhəmiyyətli transferdən söhbət getmir".
Qeyd edək ki, Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək. İtaliya çempionatının lideri "İnter"dən (28 oyun, 75 xal) 35 xal geri qalan "Latsio" hazırda 20 komanda sırasında 27 matçdan 40 xalla 9-cu pillədə qərarlaşıb.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto