Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK
UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.
KONKRET.azxəbər verir ki, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub.
O. Bakıda "Bayer"ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək.
Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq.
Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.
Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda "FIFA series – Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.
"Tofiq Bəhramov"da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər – 1:1.
Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib.
Sarı kart alan Elvin fitnal fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq «kotostrofa» ifadəsini işlədib.
Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb. Son vaxtlar davamlı hal alan aqressivliyi Qurban Qurbanovu da hiddətləndirib.
«Qarabağ»ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib. Təcrübəli mütəxəssisin bundan dolayı Elvini böyük miqdarda cərimələməsinə dair məlumat almışıq.
Əldə etdiyimiz informasiyaya görə, Qurbanov Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir.
Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək. (sportinfo)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto