Qurbanov FCSB ilə oyundan danışdı: Problemlərimiz var
Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var.
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
"Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir. Hücumun qurulmasında hansısa xırda dəyişiklik ola bilər. Öz sistemimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Sabahkı matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq. Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq. FCSB göstərdiyi oyuna və məsuliyyətinə görə haqq etdiyi nəticələri qazana bilib. Bu rəqibə qarşı çox diqqətli oynamalıyıq. Hər oyundan öncə futbolçulara hakimlərlə bağlı məlumat verilir ki, daha ehtiyatlı olsunlar".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu üç xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq