Qurbanov Nərimanı buna görə oyuna salıbmış - Səbəb

Qurbanov Nərimanı buna görə oyuna salıbmış - Səbəb"Qarabağ"ın "Ayaks"a 2:4 hesabı ilə məğlub olması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə baş məşqçi Qurban Qurbanovun matçın həlledici anında Nəriman Axundzadəni meydanda daxil etməsi hazırda əsas gündəm mövzusudur.
"Qarabağ" ötən gün öndə olmasına baxmayaraq niyə uduzdu? Qurbanov həmin məqamda Nərimanı niyə oyuna saldı? Məğlubiyyətin səbəbləri nələrdir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan idman jurnalisti Ceyhun Rzayev hər zaman Nərimanı müdafiə etdiyini qeyd edib:
"Həmişə düşünmüşəm ki, ölkə olaraq ona bəzən həddindən artıq sərt yanaşırıq. Amma etiraf etməliyəm ki, dünən oyuna həqiqətən zəif qoşuldu, hərəkətləri koordinasiyalı deyildi və ritmə düşməkdə çətinlik çəkirdi. Bununla belə, problemi yalnız Nərimanın üzərinə yığmaq da düzgün deyil. Kaşukun oyunu nə dərəcədə yaxşı idi? Sonradan daxil olan futbolçular ciddi fərq yaratdı? Sadəcə diqqət həmişə Nərimanın üzərində olduğu üçün ən kiçik səhv belə böyüdülür".
Qurbanov Nərimanı buna görə oyuna salıbmış - SəbəbC.Rzayev dəyişiklik səbəbini belə izah edib:
"Duranın dəyişdirilməsinə gəldikdə isə, böyük ehtimalla Qurban Qurbanovun bu qərarı texniki heyətin istifadə etdiyi katapult sisteminin məlumatlarına əsaslanıb. Bu cihaz futbolçuların yüklənmə səviyyəsini və yorğunluğunu ölçür. Görünür, həmin anda Duranın göstəricilərində düşüş qeydə alınıb və Qurban Qurbanova onun artıq yorulduğu bildirilib. Məşqçi də hücumu gücləndirmək üçün Nərimanı oyuna salıb".
Ekspert Natiq Muxtarlı isə bildirib ki, "Ayaks"la oyun Azərbaycan futbolu üçün bir çox reallıqları üzə çıxardı:
"Biz qazanılan 7 xalın yaratdığı eyforiya içində idik və elə düşünürdük ki, "Qarabağ" istənilən komandaya qalib gələ bilər. Əslində, "Qarabağ"ın gücü buna imkan verir, amma şərtlər tam olaraq belə deyil. Dünənki məğlubiyyətin bir çox səbəbləri var. Birinci və ən önəmli səbəb komandanın ənənəvi sisteminin pozulmasıdır. O sistem ki, onun mərkəzində Kadi dayanırdı. Kadi olmadığından Qurban Qurbanov müəyyən dəyişikliklərə getməyə məcbur qaldı və nəticədə bəzi futbolçular öz əsas mövqelərində çıxış etmədilər. Məsələn, Zubirin cinahının dəyişdirilməsi onun effektivliyini xeyli azaltdı. Zubirin mərkəzə çəkilməsi isə cinahda Elvin Cəfərquliyevin təsirini aşağı saldı və s. Əsas sual budur ki, niyə bizdə ikinci Kadi yoxdur? Bu sualın cavabı Azərbaycan futbolunun reallığında gizlənir. Çünki bizim çempionat o qədər zəifdir ki, ikinci Kadi səviyyəsində bir futbolçunu gətirib ehtiyatda saxlamaq mümkün deyil. Bir sözlə, heyət çatışmazlığı mövcuddur".
Qurbanov Nərimanı buna görə oyuna salıbmış - SəbəbNatiq Muxtarlı onu da qeyd edib ki, bizdə bir oyunçu zədələnəndə onun yerini eyni səviyyədə dolduracaq digər futbolçu tapılmır:
"Ayaks"da isə oyunu gücləndirəcək kifayət qədər futbolçu var. Bir oyunçu yorulan kimi meydana yenisi daxil olur və gələn, çıxandan daha effektiv oynayır. Çempionlar Liqasını "nəhənglərin yarışı" adlandırırlar, amma bu nəhənglərin yalnız bir yox, iki-üç güclü heyəti olur. Hər kəs deyir ki, "Qarabağ" yaxşı hücumçu gətirsin. Maraqlıdır, yaxşı hücumçu gəlmək istəyərmi? Yaxşı hücumçu almağa şansımız varmı? Hansısa Avropa klubu belə futbolçunu bizə verərmi? Heç həmin futbolçu özü də bura gəlməz. Ona görə də məcbur qalırıq ki, potensialı olan, amma hələ özünü tam sübut edə bilməmiş, çoxlarının tanımadığı oyunçuları gətirib inkişaf etdirək. Bunun da uğurlu olub-olmayacağı bəlli deyil. Bu səbəbdən də bu məğlubiyyətə görə həddindən artıq məyus olmağa dəyməz. Əsas odur ki, Azərbaycan komandası Çempionlar Liqasında oynayır və bu, özü böyük prestijdir. Azarkeşləri başa düşürəm, amma reallıq hər şeyi ortaya qoyur. "Qarabağ"la "Ayaks"ın fərqi, həmçinin İspaniya və İtaliya çempionatları ilə Azərbaycan çempionatı arasındakı fərq aydın görünür".
Zaira Akifqızı

İdman       Tarix: 12 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır. xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Mige

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar