Qurbanov onun gedişini təsdiqlədi: "Qısa söhbətim olub, mənə çətindir..."

Qurbanov onun gedişini təsdiqlədi: "Kubokun finalı yaxşı, baxımlı, dinamik oyunla mövsümə damğa vurdu. Azarkeşlərimizə təşəkkür edirəm".
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Zirə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
2:1 hesablı qələbəni şərh edən mütəxəssis rəqib haqda da xoş sözlər söyləyib:  "Qarşımızda dinamik, istəkli komanda var idi. Sona qədər təslim olmadılar. "Zirə" çox ağıllı müdafiə olunurdu. Onlara bu gün alqış düşür, çox yaxşı mövsüm keçirdilər. Rəhbərliklərinə də uğurlar arzulayıram. Futbolçularım çempionluğu və kuboku qazandılar. Çox uğurlu mövsüm keçirdik. Çox böyük işlər gördülər. Uğurdan sonra bəzən istər-istəməz futbolçularda istək azalır. Amma çalışacağıq istəyi çoxaldaq ki, yeni mövsüm daha yaxşı olsun".
O, son illərdə mükafatlandırma mərasimində olmamağının səbəbini də izah edib: "Elə bir səbəbi yoxdur. Sadəcə futbolçular haqq edirlər bunu. Say çox olur. Həmişə məni görürsünüz, qarşınızda oluram. Futbolçularımın mükafatlandırmaya çıxmaları bəs edir".
Q.Qurbanov "İkinci dueldə də Rəşad Sadıqov sizə uduzdu. Onun komandasının sizi udması üçün neçə il lazımdır" sualını isə belə cavablandırıb: "Bu suala necə yanaşım bilmirəm. Hesabda uduzdular, amma… Onların büdcəsi ilə bizim büdcəmiz eyni deyil. Amma onların performansını görürsünüz. Bu gün çox büdcəsi olan komandalar 4-5-ci olub. Rəşad Sadıqovun komandası isə 2-ci yeri. Dərindən düşünsək, çox böyük iş gördü. Bu gün də bu büdcə ilə ikinci olub, kubokda finala çıxdılar, son dəqiqələrdə uduzdular. Bu qalibiyyət kimi nəticədir. "Zirə"nin fəaliyyətinə, büdcəsinə görə bəlkə də Rəşad bizə qalib gəldi".
Q.Qurbanov bu gün karyerasını başa vuran komandanın kapitanı Maksim Medvedev haqda da danışıb: "Qısa söhbətim olub. Onun komandanı tərk etməsi mənim üçün çətindir. Ümumən o, Azərbaycan futbolu üçün fayda verib. Məşqçi olmaq istəyir. Qarşıdakı günlərdə klub rəhbərliyi ilə danışıqlar olacaq".
Baş məşqçi Aleksey İsayevin performansı ilə bağlı suala da cavab verib: "Mən ondan razıyam. Komanda üçün də effekt verir. Komandadakı rəqabəti görürsünüz. Əgər 11 futbolçu ilə mövsümü başa vura biləcəyimizi düşünsək, başqa oyunçu götürmərik. Sadəcə rəqabəti artırmaq lazımdır. Futbolçularım da özlərini yaxşı tərəfdən göstərirlər. Alekseyə güvənirəm".//QOL.az

İdman       Tarix: 03 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeberler valyuta mezennesi cəbhədən son durum xeberler az