Qurbanov "Qarabağ"ın ÇL-dəki rəqibini şərh etdi
"Bizim illərdir ki, Avropada təcrübəmiz var, bu cür komandalarla oynayırıq. Elə ən çətin matçlarımız da belə komandalara qarşı olur".
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandasına rəqib olmaları barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis rəqibin öz ölkəsinin çempionu olduğunu xatırladıb: "Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. Bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq. İllərdir bu işin içindəyik".
Onun sözlərinə görə, müasir futbol tam dəyişib və bütün ölkələr, komandalar oynamağı bacarırlar:
"Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvəllər də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi