Qvardioladan Ukrayna müdafiəçilərinə hədiyyə - VİDEO
Müasir futbolun ən yaxşı məşqçilərindən biri olan Pep Qvardiola Ukrayna hərbçilərinə inanılmaz hədiyyə göndərib.
KONKRET.az xəbər verir ki, o, bu jesti futbol agenti Oleq Smaliyçukun hədiyyəsinə cavab olaraq edib. Bİr müddət əvvəl Smaliyçuk ön cəbhədə olan hərbçilərlə birlikdə futbol oynayıb və topu Pep Qvardiolaya hədiyyə edib. Bu yolla onlar futbol mütəxəssisinə Ukraynanı və Aleksandr Zinçenkonu dəstəklədiyinə görə təşəkkür ediblər.
Lakin Qvardiola da borclu qalmayaraq, əvəzində rəhbərlik etdiyi "Mançester Siti"nin oyunçuları tərəfindən imzalanmış topu Ukrayna müdafiəçilərinnə göndərib.
"Oleq, hədiyyənizi aldım. Göndərdiyiniz videoya görə sizə və uşaqlarınıza çox sağ olun. Bu məni çox təsirləndirdi.
Mən də sənə top göndərmək istəyirəm. Ümid edirəm o sənə çatar. Bu top sizin və dostlarınız üçün Premyer Liqanın son qalibi olan Mançester Siti"nin bütün oyunçuları tərəfindən imzalanıb.
Əlbəttə ki, sizə hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, bu müharibə tezliklə bitəcək və siz normal həyata, yaxınlarınızın yanına qayıdacaqsınız", – Qvardiola bildirib.
Xatırladaq ki, Qvardiola dəfələrlə Ukraynanı dəstəkləyib. O hətta Aİ və NATO-nu bu ölkəyə kifayət qədər dəstək vermədiyinə görə qınayıb.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar