Rabitəbank mikro və KOB-ların maliyyələşdirilməsi üçün "enabling capital"dan 7 milyon dollar cəlb etdi

Rabitəbank mikro və KOB-ların maliyyələşdirilməsi üçün "Rabitəbank" ASC mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə beynəlxalq investisiya şirkəti "Enabling Qapital" ilə əməkdaşlıq çərçivəsində 7 milyon ABŞ dolları məbləğində maliyyə resursu cəlb edib.
Cəlb olunan vəsaitin əsas məqsədi mikro və KOB seqmentində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə dəstək vermək, onların dayanıqlı inkişafını təşviq etmək, eyni zamanda real sektorun böyüməsinə və iqtisadi aktivliyin güclənməsinə töhfə verməkdir.
Yeni maliyyə resursu çərçivəsində ayrılmış vəsaitin mikro və kiçik biznes subyektlərinin kredit resurslarına çıxış imkanlarını artırması, onların dövriyyə və investisiya ehtiyaclarının qarşılanmasına dəstək verməsi, həmçinin yeni biznes təşəbbüslərinin və məşğulluğun təşviqinə xidmət etməsi nəzərdə tutulur. Cəlb edilmiş vəsait bizneslərin genişlənməsi, istehsal və xidmət imkanlarının artırılması, yeni investisiya layihələrinin reallaşdırılması üçün əlavə imkanlar yaradacaq. Həmçinin cəlb edilmiş vəsaitlər bankın və sahibkarların valyuta risklərindən qorunmasını gücləndirmək məqsədilə, Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunan hedc mexanizmindən istifadə edilməklə sahibkarlara manatla təqdim olunacaq.
İdarə Heyətinin sədri cənab Aydın Hüseynov qeyd edib ki, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi qeyd edilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək, eləcə də məşğulluğun təmin olunmasında onlara dəstək nöqteyi nəzərdən bu müqavilə əhəmiyyət kəsb edir. Xüsusilə qeyd edilməlidir ki, mikro və kiçik sahibkarlığın dəstəklənməsi iqtisadiyyatın inklüziv inkişafı, regionlarda biznes aktivliyinin artması və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, cəlb olunan maliyyə xətti yalnız bank üçün deyil, bütövlükdə real sektor üçün də strateji önəm daşıyan əməkdaşlıq kimi qiymətləndirilir.
FINMA tərəfindən tənzimlənən və İsveçrədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutu "Enabling Qapital" ilə əməkdaşlıq Rabitəbankın xarici investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda bu əməkdaşlıq bankın dayanıqlı və məsuliyyətli maliyyələşmə prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Rabitəbank üçün bu razılaşma beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, xarici resursların real iqtisadiyyata yönləndirilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
FINMA tərəfindən tənzimlənən, İsveçrə mənşəli aparıcı təsir yönümlü aktivlərin idarəedicisi olan "Enabling Qapital" Ltd. investisiyaların maliyyə, sosial, ekoloji və iqtisadi dəyər yaratdığı bir dünyaya töhfə verməyi hədəfləyir. 900 milyon ABŞ dollarından artıq idarə olunan aktivlərə malik şirkət mikro-maliyyə, enerji və təmiz bişirmə həllərinə çıxış, eləcə də inkişaf etməkdə olan bazarların istiqrazları istiqamətində investisiya strategiyaları həyata keçirir. Şirkətin komandası 14 müxtəlif milləti təmsil edən, 21-dən çox dili bilən 65-dən artıq mütəxəssisdən ibarətdir. "Enabling Qapital" investisiyalara məna və dəyər qazandırır. www.enabling.ch / azxeber.com

İqtisadiyyat       Tarix: 01 may 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər