Ramil Usubov: 'Azərbaycan real vasitələrlə Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə bilər

Ramil Usubov: 'Azərbaycan real vasitələrlə Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə bilər"Məlum xarici dövlətlərin və təsisatların Ermənistan ərazisi vasitəsilə yeni təhdid ocaqları yaratmağa cəhd göstərmələri, eləcə də digər bu kimi proseslərin son aylarda daha da geniş vüsət alması bölgəmizdə həssas olan vəziyyəti daha da gərginləşdirir".
Bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
"Belə bir revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir, hər cür xarici təsirə qarşı qısa müddətdə effektiv cavab-nəticə verəcək müdafiə sistemini və zərbə strategiyasını artıq tam formalaşdırıb. Həm də bu, dəfələrlə uğurla sınaqdan çıxarılıb.
Azərbaycan Respublikası onun təhlükəsizliyinə qarşı yönələn hər bir təzyiq və təsir cəhdini yerindəcə dəf etmək iqtidarındadır. Erməni revanşistləri ilə yanaşı, bölgədə Azərbaycanın müstəqil iradəsini və liderliyini qəbul etməyən bəzi iri dövlətlər ötən illərin təcrübəsindən düzgün nəticə çıxarmalı, nəyin necə və nə vaxt ediləcəyini dəqiq bilən strategiyanın və "Dəmir Yumruğ"un gücünü heç vaxt unutmamalıdırlar. Bilməlidirlər ki, regionda yaradılacaq hər hansı hərbi qarşıdurma, Azərbaycanın yeni münaqişəyə cəlb edilməsi onun üçün daha ağır nəticələrə səbəb olar", - məqalədə deyilir.
R.Usubov qeyd edib ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi güc mərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlub Ermənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcbur edə bilər:
"Rəsmi Bakı bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həm də beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərək gerçəkləşdirmək iqtidarındadır. Son onilliklərdə fövqəldövlətlərin Afrika, Asiya, hətta Avropa qitələrində "Qaliblər mühakimə olunmur" prinsipi ilə hansı "sülhyaratma" fəaliyyətləri göstərdiklərinə şahidik. Azərbaycan isə danışıqlar prosesində qalib ədasından uzaqdır. Problemin həlli qarşılıqlı etimad mühiti əsasında və Ermənistanın onu uğursuzluğa düçar edən yanlış xarici təsirlərdən yaxa qurtararaq, öz dövləti və xalqının gələcəyi baxımından düzgün qərar verməsindədir".
Təhlükəsizlik Şurasının katibi məqaləsində vurğulayıb ki, sülh sazişini imzalamaq nə qədər əsasdırsa, onun real işləməsini və dayanıqlılığını təmin etmək bir o qədər vacibdir:
"Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesində irəliləyişlərin müşahidə edilməsi və ümumi gedişat göstərir ki, Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Əgər rəsmi İrəvan onu növbəti məhvə sürükləyən havadarlarının ziyanlı təsirindən qurtulmağa özündə güc taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür". / azxeber.com

Siyasi       Tarix: 05 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler cəbhədən canlı meherremlik 2026 xabar az