Ramiz Mehdiyevsiz seçki - 125 deputat, majoritar qayda...

Ramiz Mehdiyevsiz seçki - 125 deputat, majoritar qayda...</p> 
 <p>Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib.
YAP İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında təşkilatı təmsil edən deputatlara 6-cı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Bu, onunla əsaslandırılıb ki, Azərbaycanda Vətən müharibəsində qazanılan qələbədən sonra yaranmış yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması vacibdir. Eyni zamanda parlament seçkilərinin vaxtının COP29 sammiti ilə eyni vaxta – noyabr ayına düşməsi növbədənkənar seçkiləri gündəmə gətirib.
Artıq məlumdur ki, növbədənkənar seçkilər vaxtından 2 ay əvvəl keçiriləcək.
KONKRET.azxəbər verir ki, YAP-çı deputatların parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub və deputatların onu dəstəkləcəyi şübhə doğurmur.
Yəqin ki, müvafiq müraciət tezliklə Prezidentə təqdim olunacaq.
Növbədəkənar seçkilərin dəqiq tarixi məlum deyil, amma səsvermənin sentyabrın əvvəlində keçirilməsi gözlənilir.
Beləliklə, bəzi gözləntilərin əksinə olaraq 7-ci çağırış Milli Məclisə seçkilər yenə majoritar sistemlə keçiriləcək. Seçkilərin proporsional sistemlə, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə ehtimallar özünü doğrultmadı.
Halbuki, son illər Prezident Adminstrasiyasının müxtəlif siyasi partiya rəhbərləri keçirdiyi görüşlərdə proporsional seçki sisteminin bərpasını təklif edənlər olmuşdu.
Bundan başqa, 7-ci çağırış Milli Məclisdə deputat yerlərinin 125-dən artıq olacağını düşünənlər də yanıldılar. Azərbaycan Respublikasının növbəti Milli Məclisi yenə 125 deputatdan ibarət olacaq.
Milli Məclisə seçkilərin keçirlmə qaydası və digər dəyişikliklər üçün seçki islahatı lazım idi ki, bunun üçün də öncə referendum tələb olunurdu. Artıq görünən budur ki, referendum seçkilərdən sonraya qalıb.
Budəfəki seçkilərlə bağlı daha bir maraqlı məqam onun Prezident Administrasiyasının keçmiş rəhbəri, siyasət kluarlarında "Boz kardinal" adlandırılan akademik Ramiz Mehdiyevin iradəsindən kənar baş tutacağıdır. Heç kimə sirr deyil ki, 1995-ci ildən sonra keçirilən bütün seçkilər məhz Ramiz Mehdiyevin nəzarəti altında baş tutub. Deputatlar özləri dəfələrlə etiraf ediblər ki, Ramiz Mehdiyevin seçki komissiyalarının formalaşmasında birbaşa iştirakı olub, seçki prosesinə nəzarət həyata keçirib.
R.Mehdiyev 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O, həm də 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Düzdür, sonuncu növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləndə Ramiz Mehdiyev Prezidentinin Administrasiyasının rəhbəri deyildi, amma o zaman "Boz kardinal"ın prosesə təsiri hələ qalırdı… (Modern.a)

Siyasi       Tarix: 21 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər bu gunun xeberleri xəbərlər.com xeberler azerbaycan