"Real Madrid"də Florentino Pereslə Ançelotti arasında gərginlik
Madrid "Real"ında klub prezidenti Florentino Peres və komandanın baş məşqçisi Karlo Ançelottinin münasibətləri pozulub.
KONKRET.az xəbər verir ki, arada soyuqluq İspaniya Super Kubokunda "Barselona"ya məğlubiyyətdən sonra başlayıb. La Liqada "Atletiko" ilə qarşılaşmadan sonra isə klub prezidenti italyan mütəxəssisə ən yaxşı heyəti meydana buraxmaması ilə bağlı iradını bildirib. Çalışdırıcı qrafikin sıx olduğunu, bu səbəbdən rotasiyalar etməyə məcbur qaldığını deyib.
Ötən gecə keçirilən "Betis"lə səfər oyunundan (0:0) dərhal sonra isə Peres komandanın soyunub-geyinmə otağına yollanıb. Orada ikili uzun müddət müzakirə aparıb.
"Real Madrid" prezidentinin gedişatdan narazı olduğu və Ançelottidən sonrası üçün planlar qurduğu bildirilir.
La Liqada 24 turdan sonra 53 xalı olan "Real Madrid" lider "Barselona"dan 9 xal geridədir. Madrid klubu ölkə kubokunun yarımfinal mərhələsində də öz meydanında əzəli rəqibinə uduzub (0:1).
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi