"Real"dan Vinisiusa dəstək - FOTO
"Real"ın futbolçuları və azarkeşləri irqçi hücumların obyektinə çevrilən Vinisius Junioru dəstəkləyiblər.
KONKRET.az xəbər verir ki, futbolçular La Liqanın 36-cı turunda "Rayo Valyekano" ilə oyundan (2:1) əvvəl braziliyalı yarımmüdafiəçinin formasında meydana çıxıblar. Vinisius dizindəki problemə görə sözügedən görüşü buraxıb.
Bundan başqa, oyunçular "Futbolda irqçiliyə yer yoxdur" yazısı olan bannerin yanında düzülüblər.
Azarkeşlər isə "Biz hamımız Vinisiusuq , bəsdirin" yazısı olan pankart qaldırıblar.
Xatırladaq ki, La Liqanın 35-ci turunun matçında "Valensiya" azarkeşləri Vinisiusu "meymun" və "axmaq" adlandıraraq təhqir edib və bu da futbolçuların əlbəyaxa davasına səbəb olub. Nəticədə oyun 8 dəqiqə dayandırılıb.



Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi