Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLAR

Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLARMəlum olduğu kimi, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.
Bəs faciəvi hadisə necə baş verib?
KONKRET.az xəbər verir ki, ABŞ-ın aviasiya mütəxəssisi Kayl Beyli "Al Jazeera"ya açıqlamasında hadisənin detallarını və baş vermə ehtimallarını şərh edib.
Onun sözlərinə görə, əgər uçuş zamanı ciddi texniki problem yaranarsa, pilotun birinci vəzifəsi təyyarəni uçuşda saxlamaqdır, kommunikasiya yaratmaq isə ikinci plandadır. Kayl Beyli əlavə edib ki, İran liderinin ölümü ilə nəticələnən qəzada da pilot əlaqə yaratmayıb: "Çünki pilot, çox güman ki, vertolyotu endirməyə və ya onu səmada saxlamağa çox diqqət yetirirdi".
Aviasiya analitiki helikopterin pilotu ilə başqa bir uçuş heyəti üzvü arasında əlaqənin olmamasını "ciddi idarəolunma problemi" kimi şərh edib.
Beyli helikopterin iki hissəyə parçalandığına diqqət çəkib:
"Vertolyotun iki hissəyə ayrılmasından görünür ki, quyruq rotoru çox güman ki, kəsilib və bu, əsas rotor bıçağının quyruğa təsir etməsinin nəticəsidir. Buna pilot helikopteri endirmək üçün manevr edərkən yaranan aerodinamik qüvvələr və ya ola bilsin ki, texniki nasazlıq səbəb ola bilərdi. Başqa bir ehtimal quyruq rotorunun nasazlığıdır. Əgər biz helikopterlərin saat əqrəbinin əksi istiqamətində 360 dərəcə fırlandığı spiral hərəkəti görsək, bu, quyruq rotorunun sıradan çıxdığını, yaxud nəzarətdən çıxacağını göstərə bilər".
Ekspert deyib ki, əlverişsiz hava şəraiti və dağlıq ərazi də ölümlə nəticələnən qəzaya səbəb ola bilər. (Musavat.com)

Hadisə       Tarix: 20 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İran ordusunun zabiti öldürüldü

Sistan və Bəlucistan əyalətində silahlı şəxslərin hücumu nəticəsində quru qoşunların 377-ci səyyar hücum briqadasının zabiti Cavad Heşməti həlak olub, başqa bir hərbçi isə yaralanıb. KONKRET.azxəbər verir ki, bu haqda yerl

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıd

Məşhur aktrisa vəfat etdi

Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib. xəbər verir ki, aktrisa 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, helikopter naməlum səbəbdə

Yaşayış kompleksində güclü yanğın: 14 ölü

Çinin Şansi əyalətinin Taiyuan şəhərindəki yaşayış kompleksində güclü yanğın baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd olunub ki, yanğın nəticəsində 14 nəfər ölüb. Hadisənin təfərrüat

39 yaşlı kişi evində ölü tapıldı

Qazaxda 39 yaşlı şəxsin meyiti tapılıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kosalar kəndinə qeydə alınıb. 1987-ci il təvəllüdlü Saleh Orucovun meyiti yaşadığı evin bağ sahəsində aşkar edilib. Faktla bağl

"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü

Qazaxda "KamAz"ı dəmir maneələrə çırpan sürücü ölüb. KONKRET.azxəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAz" markalı avtomobil

Bakıda kütləvi dava: bıçaqlananlar var

Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Sərva


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər xeberlər sou xeberler apa.az xeberler